YOL-NƏQLİYYAT HADİSƏLƏRİ ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsində Maştağa sakini Zeynal Həbibov “Moskviç-İJ” markalı avtomaşınla Bakı şəhər sakini Solmaz Hacıyevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Masallı rayonunun Mahmudavar kəndi ərazisində isə kənd sakini Mail Babayev “Nissan” markalı avtomobili idarə edərkən həmkəndlisi Rəşad Qasımovu vurmuşdur. Nəticədə Rəşad Qasımov hadisə yerində keçinmişdir. Hər iki faktla bağlı cinayət işi açılmışdır.