YOL-NƏQLİYYAT HADİSƏLƏRİNDƏ 180 NƏFƏR HƏLAK OLMUŞDUR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə 520 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Qəzalar nəticəsində 180 nəfər həlak olmuş, 551 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bütün yol-nəqliyyat hadisələrinin 51,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.