YOL-NƏQLİYYAT QƏZASI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Sabirabad rayonunun Azadkənd kəndində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Xankeçən kənd sakinləri Camal Məmmədovun idarə etdiyi “OKA” və Rəcəb Əhmədova məxsus “ZAZ-968” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, xəsarət almış hər iki sürücü və R.Əhmədovun sərnişinləri, həmyerliləri Əli Məmmədov, qardaşı Abid, onun qızı Şəbnəm və Əli Bayramlı şəhər sakini Aytən Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Ə.Məmmədov orada ölmüş, digərlərinin vəziyyəti isə qənaətbəxşdir.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]