Yol qəzasında həlak olan polis serjantı Naxçıvanda torpağa tapşırılıb - YENİLƏNİB
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Ağır yol-nəqliyyat hadisəsində həlak olan polis serjantı Ələsgər Zakir oğlu Əsgərov Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər.
Ələsgər Zakir oğlu Əsgərovun nəşi yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Şəhidlərin ruhuna dualar oxunub, polis serjantının qəbri üzərinə tər güllər düzülüb.