Yoşiro Mori dünya liderlərinin Tokio Olimpiadasında iştirak edəcəklərinə ümid etdiyini bildirib
Bakı, 3 yanvar, AZƏRTAC
“Tokio-2020”in təşkilat komitəsinin rəhbəri Yoşiro Mori dünya liderlərinin Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına gələcəklərinə ümid etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Y.Mori bu barədə Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib. Qeyd edib ki, dünyanın üzləşdiyi çətin pandemiya şəraitinə baxmayaraq, bu nüfuzlu yarışda daha çox insanın iştirak etməsini arzulayırlar: “İstərdik ki, Tokioda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarına mümkün qədər çox adam və hər ölkənin lideri qatılsın".
Təşkilat komitəsinin rəhbəri bütün dünya ilə əməkdaşlıq şəraitində həqiqi səylər göstərməklə dəhşətli koronavirus bəlasının aradan qaldırılması üçün səmimi müzakirə apara biləcəklərinə də ümid etdiyini bildirib.
Qeyd edək ki, Tokio Olimpiadasının 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılsa da, koronavirus səbəbindən bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]