Yubiley turnirinin qalibləri məlum olub
Naxçıvan, 24 fevral, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş boks üzrə muxtar respublika turniri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2010-2011-ci və 2006-2007-ci il təvəllüdlüləri əhatə edən yarışda Naxçıvan şəhəri və rayonlardan idmançılar iştirak edib. Üç gün davam edən turnirdə 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Səfər Həsənli (38 kq), Yusif Tağıyev (40 kq), Nadir Əbilov (42 kq), Kamal Məmmədov (44 kq), Dəniz Abbaslı (46 kq), Nurəli Əsgərov (48 kq), Elcan Zamanlı (52 kq), Mirkərim Seyidov (54 kq), Toğrul Əhmədov (57 kq), Musa Əliyev (60 kq), Abbasəli Nəcəfli (63.5 kq), Mustafa Məmmədov (67 kq), Nurlan Nəsirov (75 kq), Turqay Abbasov (80 kq), Elvin Quliyev (86 kq) və Bayram Allahverdiyev (92+ kq) öz yaş, çəki kateqoriyalarında birinci olublar.
Turnirin sonunda ilk üç yerin sahibləri diplomla təltif edilib.