“Yuğ” teatrı yeni tamaşanın məşqlərinə başlayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrında məşhur türk dramaturqu Toyqun Orbayın “21:15 qatarı” pyesi əsasında hazırlanan yeni tamaşanın məşqləri keçirilib.
Sənət ocağından AZƏRTAC-a bildirilib ki, səhnə əsəri rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanır.
Tamaşada rolları Xalq artisti Məmmədsəfa Qasımov və Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova ifa edəcəklər.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [14:06]