İDMAN
Yunan-Roma güləşi üzrə İran millisi Bakıda təlim-məşq toplanışındadır VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində davam etdirir.
AZƏRTAC xəbər verir ki, yığma komandanın baş məşqçisi Cəmiş Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edirlər.
Təlim-məşq toplanışına İranın yunan-Roma güləşçiləri də qoşulub. Yeddi idmançı və 5 məşqçi ilə təlim-məşq toplanışına qatılan İran yığmasının heyətində dünya və Asiya çempionatlarının mükafatçıları Mehdi Zeidvand (66 kq), Said Murad Abdvali (71 kq), Abdulmuhammed Papi (59 kq), Hassan Zeidvand (66 kq) da var.
Birgə təlim-məşq toplanışı 3 həftə davam edəcək.