İDMAN
Yunan-Roma güləşi üzrə yığmamız Avropa üçüncüsü olub
Bakı, 15 aprel, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xalla komanda hesabında üçüncü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.
Millimizə ən çox xalı finaladək irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlsə də, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
- 04.05.2024 [10:50]
Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək
- 04.05.2024 [10:31]
Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək
- 04.05.2024 [03:26]