Azərbaycan Dövlət İnformasiya Agentliyi

YUNANISTAN PREZİDENTİ KONSTANTİNOS STEFANOPULOSUN BƏYANATI

Mən cənab Prezident Əliyevə çox gözəl qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.

Yunanıstan bu səfərə böyük önəm verir. Bizim məqsədimiz, sadəcə, səfər etmək deyil, eyni zamanda, bütün sahələrdə əlaqələri genişləndirməkdir. İstərdik ki, ölkələrimiz arasında, universitetlər arasında münasibətlər genişlənsin. Alimlər mübadilə aparsınlar və bütün mümkün sahələr əhatə olunsun.

Ümid edirik ki, biznes forum öz işini çox uğurla davam etdirəcəkdir. Çox keçməz ki, biz bu uğur haqqında, əməli nəticə haqqında eşidəcəyik. Sabah mənim Slavyan Universitetində çox maraqlı görüşlərim olacaqdır. Sizə demək istəyirəm ki, məni burada biznesmenlərlə bərabər, akademiklər, alimlər də müşayiət edirlər. Treys və Fatra universitetlərindən alimlər də gəlmişdir. Mən sabah Slavyan Universitetində görüşlər keçirəcəyəm, orada mənə fəxri doktor adı veriləcəkdir. Mən bütün bunlarla çox fəxr edirəm. Mən çıxışımın sonunda istərdim ki, mərhum Prezidentlə, indiki Prezidentin atası ilə keçirdiyim görüşləri xatırlayım. 1995-ci ildə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının 50 illiyində onunla ilk dəfə görüşümüz oldu. Bu, çox uzunsürən bir görüş oldu. Birləşmiş Millətlər Təşkilatı bu görüş üçün bizə bir otaq ayırmışdı. Mən orada Prezidentlə görüş keçirdim. Prezident Heydər Əliyev Azərbaycanın ən ağrılı problemi - Dağlıq Qarabağ problemi haqqında mənə ətraflı, geniş məlumat verdi. Mən Dağlıq Qarabağ haqqında məlumatı ilk dəfə ondan aldım. Daha sonra biz Buxarestdə görüşdük. Orada da Prezidentlə çox gözəl, çox dostyana söhbətimiz oldu. Onun işə ciddi yanaşması və nəhəng təcrübəsi həmişə mənim xatirimdə qalacaqdır. Demək istəyirəm ki, onun layiqli davamçısı bu ciddi yanaşmanı və nəhəng təcrübəni burada uğurla davam etdirir. İndi biz Azərbaycanın uğurunu müşahidə edirik. Sizi inandırmaq istəyirəm və zənnimcə, Azərbaycan tərəfi də bu və fikirdədir ki, Yunanıstan tərəfi bu gün keçirilən və sabah keçiriləcək görüşlərə çox ciddi yanaşacaqdır. Məni müşayiət edən nazirlər bu işə ciddi yanaşacaqlar. Bizim tərəfimizdən Azərbaycana maraq çox böyükdür və bu, qarşılıqlı maraqdır. Ümid edirəm, bu səfərin nəticəsi kimi, biz tezliklə uğurlu nəticəni müşahidə edəcəyik. Cənab Prezident, Sizə demək istəyirəm ki, yunan tərəfi Sizi Afinada, Yay Olimpiya oyunlarında səbirsizliklə gözləyir. Eyni zamanda, biz Sizin qarşılıqlı səfərinizi də gözləyirik. Ümid edirik ki, Siz Yunanıstana dövlət səfəri edəcəksiniz və bu səfər də çox uğurlu alınacaqdır. Cənab Prezident, bizə göstərilən qonaqpərvərliyə, bizə qarşı münasibətinizə görə bütün nümayəndə heyətinin adından Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

X X X

Sonra Prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Mənim sualım Azərbaycan Prezidentinədir. Lakin suala keçməzdən əvvəl Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, nümayəndə heyətinə və mətbuat işçilərinə bu qədər diqqət ayırmış və işləmək üçün onlara gözəl şərait yaratmışdır. Sualım belədir: Siz Avropa Birliyinin Azərbaycana marağını necə izah edərdiniz? Məlumdur ki, ötən il Yunanıstan Avropa Birliyinə sədrlik edən dövrdə Azərbaycan Avropa Birliyinə yeni qonşular siyahısına daxil olmuşdur. Avropa Birliyinin Azərbaycana olan bu böyük marağını nə ilə izah edirsiniz?

CAVAB: Həqiqətən, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr çox sürətlə inkişaf edir. Biz bu əlaqələrə böyük əhəmiyyət veririk. Biz istəyirik ki, Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf etsin. İlk növbədə, iqtisadi əməkdaşlıq daha da güclənsin.

Azərbaycan öz siyasətini bu istiqamətdə aparır. Biz Avropa ailəsinə, Avropa strukturlarına inteqrasiya edirik və bu proses çox uğurla davam edir. Eyni zamanda, Azərbaycan da Avropa üçün çox önəmli bir ölkədir. Azərbaycanın siyasi meylləri, Azərbaycanda aparılan xarici siyasət, ölkəmizin coğrafi-siyasi vəziyyəti və təbii sərvətləri Azərbaycanı Avropa Birliyi üçün çox cəlbedici ölkəyə çeviribdir.

Mən bu yaxınlarda Avropa Birliyinə səfər etmişəm və bu səfər çox uğurlu olmuşdur. Çox müsbət haldır ki, Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edibdir və Azərbaycanı yeni qonşular siyahısına salıbdır. Biz ümid edirik ki, atılan bütün bu addımlar bizi Avropa ilə daha da sıx bağlayacaqdır.

SUAL: Mənim sualım Yunanıstan Prezidentinədir. Cənab Prezident, Sizi bu səfərdə çoxlu sayda iş adamları müşayiət edir. Ümumiyyətlə, Siz Azərbaycanda neft sektorundan savayı, hansı sahələrdə əməkdaşlıq etmək və işbirliyi qurmaq fikrindəsiniz?

CAVAB: Mən elə bilirəm ki, biznes imkanları çox genişdir. Mənim səfərimin əsas uğuru da elə biznes forumun nəticələrindən asılı olacaqdır. Bizim biznesmenlər bunda nə qədər uğurlu iştirak etsələr, nə qədər uğurlu əlaqə yaratsalar, mənim səfərimin qiyməti də bir o qədər artıq olacaqdır. Mən Yunanıstan hökuməti adından demək istəyirəm ki, hökumət biznesmenlərin bu fəaliyyətinə hər cür dəstəyini əsirgəməyəcəkdir. Əminəm ki, neftdən kənarda da sektorlar mövcuddur. Bu sektorları bizim biznesmenlər azərbaycanlı həmkarları ilə birlikdə arayıb axtaracaq və tapacaqlar. Əsas məqsəd ondan ibarətdir ki, qarşılıqlı maraq vardır. Biznesmenlərin fəaliyyəti ölkələr arasındakı münasibətlərdə əsas lokomotiv, mühərrik rolunu oynayır.SUAL: Cənab Prezident İlham Əliyev, Yunanıstanın əhalisi tam inanır ki, Azərbaycan ərazilərinin bir hissəsi, ermənilər yaşayan bir hissəsi Ermənistan ordusu tərəfindən işğal olunubdur və bu ərazilər işğal altındadır. Biz bunu qanunsuz hesab edirik, lakin eyni zamanda, Türkiyə mətbuatı belə məlumatlar yayır ki, guya Azərbaycan Prezidenti Denktaşın rəhbərlik etdiyi qeyri-qanuni ərazini tanımağa hazırdır. İndi bizim əlimizə yaxşı fürsət düşmüşdür ki, bu sualın cavabını Sizin özünüzdən soruşaq. Bilmək istəyirik ki, Azərbaycanın bu barədə mövqeyi nədən ibarətdir?

CAVAB: İlk növbədə, demək istəyirəm ki, həqiqətən, artıq bütün dünya ictimaiyyəti bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir. Dağlıq Qarabağı və onun inzibati sərhədindən kənarda Azərbaycanın digər yeddi bölgəsini işğal edibdir. Bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşübdür. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, ölkəmizin ərazi bütövlüyü pozulubdur. Biz haqlı olaraq tələb edirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr həmin torpaqlardan çıxsınlar. Beynəlxalq hüquq normaları bunu tələb edir. Əlbəttə, dünyanın hər bir yerində beynəlxalq hüquq zəfər çalmalıdır. Biz ümid edirik ki, bu münaqişə öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıdacaqlar.

O ki qaldı digər məsələyə, bununla əlaqədar Azərbaycanın rəsmi mövqeyi bir neçə dəfə açıqlanmışdır. O cümlədən mən də bir neçə dəfə bəyanatlar vermişdim və bunlar Azərbaycan mətbuatında öz əksini tapmışdır. Bilirəm ki, bu məsələ ilə bağlı müəyyən mətbuat orqanlarında qeyri-sağlam ajiotaj yaradılıbdır. Bunun səbəbləri də bizə bəllidir. Mən bu detallara toxunmaq istəmirəm. Amma onu bir daha demək istəyirəm ki, Azərbaycanın rəsmi mövqeyini Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi ifadə edir. Müxtəlif mülahizələr ola bilər. Müxtəlif mətbuatda hansısa fərziyyələr irəli sürülə bilər. Amma sizə bu suala görə təşəkkür edirəm ki, ilk mənbədən buna bir daha cavab alacaqsınız.

Biz ümid edirdik ki, Kiprdə keçirilən referendum bu məsələyə son qoyacaqdır. Biz çox istəyirik ki, dünyada, bölgədə əməkdaşlıq olsun, mövcud problemlər öz həllini tapsın. Əlbəttə, biz çox ümid edirdik ki, Kiprdə keçirilən referendumda bu məsələ birmənalı şəkildə öz həllini tapacaqdır. Əfsuslar olsun ki, buna imkan olmadı.

Azərbaycanın mövqeyi ondan ibarət idi ki, əgər referendumdan sonra yeni bir vəziyyət yaranarsa, əlbəttə, Birləşmiş Millətlər Təşkilatı və Avropa dövlətləri öz siyasətlərində düzəlişlər etməli olacaqlar. Əgər belə bir düzəlişlər olarsa, Azərbaycan bunu dəstəkləyəcək və bu məsələdə fəal iştirak edəcəkdir. Hər hansı başqa bir məsələdən söhbət getmirdi və siz bunu keçmişdə verilən bəyanatlarda da görə bilərsiniz.

SUAL: Cənab Stefanopulos, Azərbaycanla Yunanıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivini necə qiymətləndirirsiniz?

CAVAB: İndiyədək Azərbaycanla bizim münasibətlərimizdə heç bir problem olmayıbdır. Beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq etmişik. Mən bu əməkdaşlığa görə Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlığımı bildirirəm. Cənab Prezidentə təşəkkür etmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Yunanıstanı qeyri-daimi üzv kimi dəstəkləmisiniz. Buna görə çox sağ olun. Yunanıstan isə öz növbəsində, Azərbaycana daim dəstək vermişdir. Siz Avropa Şurasına qəbul olunarkən Yunanıstanın dəstəyini hiss etmisiniz. Avropa Birliyi çərçivəsində Yunanıstan əlindən gələni edir ki, Azərbaycanla əməkdaşlıq artsın. Yunanıstan Avropa Birliyinin bundan sonra genişlənməsində Azərbaycanı da nəzərdən keçirir. Mən cənab Əliyevin son şərhi ilə bağlı öz fikrimi demək istəyirəm. Prezident Kiprdə yaranacaq yeni vəziyyətlə bağlı danışdı. Bu barədə bildirmək istəyirəm ki, həqiqətən, referendumdan sonra yeni vəziyyət yaranmışdır. Hazırda Şimali Kipr Avropa qurumları tərəfindən dəstəklənir və bunun da səbəbi iqtisadi səbəblərdir. Çünki Şimali Kipr hərbi təcavüz nəticəsində bir o qədər yaxşı inkişaf etmir. Kiprin yunan tərəfində isə inkişaf kifayət qədər hamar gedir. Amma biz istəməzdik ki, şimal tərəf xoşbəxt olmasın, biz bütün adanın inkişafını istəyirik. Biz Yunanıstan olaraq, Şimali Kiprin inkişafı üçün əlimizdən gələn maliyyə yardımını əsirgəməyəcəyik. Çox sağ olun.

X X X

Mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Yunanıstanın Bakıdakı səfiri Merkurios Karafotias, nazirliklərin, komitələrin rəhbərləri, Yunanıstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb