Azərbaycan Dövlət İnformasiya Agentliyi

YUNESKO-NUN BAŞ DIREKTORU KOİŞİRO MATSUURANIN ÇIXIŞI

- Çox hörmətli xanım Əliyeva!

Hörmətli Baş nazirin müavini!

Hörmətli təhsil naziri!

BMT-nin nümayəndələri, xanımlar və cənablar!

Bu konfransın açılışında iştirak etmək mənim üçün böyük şərəfdir. Konfrans təhsilə həsr olunmuşdur və bu, Azərbaycan üçün çox mühüm məsələlərdən biridir. Azərbaycanla YUNESKO-nun əməkdaşlığı çox böyük önəm daşıyır. Mən xanım Mehriban Əliyevaya işgüzarlığına və canfəşanlığına görə minnətdarlığımı bildirmək istəyirəm. YUNESKO-da biz onun mədəniyyət sahəsindəki gözəl işlərindən xəbərdarıq. Eyni zamanda, təhsil sahəsində gördüyü işləri də nəzərəçarpan və təqdirəlayiqdir.

Təhsil naziri Misir Mərdanova da öz minnətdarlığımı bildirirəm ki, Parisdə müzakirələr zamanı bu təşəbbüsü irəli sürüb və çox yerində, vaxtında keçirilən bir tədbirin təşkilinə nail olubdur.

Bu, mənim Azərbaycana ikinci səfərimdir. Cənab İlham Əliyevin və Mehriban xanımın dəvəti ilə ölkənizə gəlmişəm. Birinci dəfə mən beş il öncə Prezident Heydər Əliyevin dəvəti ilə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinə həsr edilmiş tədbirlərlə əlaqədar gəlmişdim. Heydər Əliyevlə çəkilmiş şəkillərimi bu gün Fondda görəndə çox şad oldum. Bu şəkillər mənə çox dərin təəssürat bağışlamışdır.

Bizim ikitərəfli münasibətlərimizdə çox irəliləyiş olmuşdur. Bakının İçərişəhəri 2003-cü ildə YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilmişdir. Mən bu gün orada da olmuşam. YUNESKO-nun mədəni irs siyahısına düşə biləcək yerlərə də baş çəkəcəyəm. Onlar Qobustan və Atəşgahdır. Bu səfər zamanı mən Heydər Əliyev Fondunda da olmuşam. Azərbaycanın birinci xanımı tərəfindən yaradılan daha bir Fondda olmağı da qarşıma məqsəd qoymuşam. Bu, Azərbaycan Mədəniyyətinin Dostları Fondudur. Eyni zamanda, bu səfər zamanı Beynəlxalq Muğam Mərkəzinin binasının təməlinin qoyulmasında da iştirak edəcəyəm və bu, mənim üçün böyük şərəfdir.

Bildiyiniz kimi, 2003-cü ildə Azərbaycan muğamı YUNESKO-nun bəşəriyyətin mənəvi və şifahi mədəni irsinə daxil edilmişdir. Lakin indiki səfərimin əsas məqsədlərindən biri məhz təhsillə bağlıdır. Yəni biz Azərbaycanla bu sahədə əməkdaşlığımızı daha da genişləndirmək istəyirik. Artıq bizim Azərbaycanla texniki və peşə, informasiya və kommunikasiya texnologiyaları sahəsində geniş əməkdaşlığımız var və bu YUNESKO-nun iki qurumunun, - texniki və peşə təhsili və təlimi üzrə mərkəzi (Bonnda yerləşir) və Moskvada yerləşən təhsildə informasiya texnologiyaları strukturu, - xətti ilə həyata keçirilir.

Eyni zamanda, YUNESKO hamı üçün təhsil təşəbbüsünü həyata keçirir. 2005-ci ildə irəli sürülmüş bu təşəbbüsdə YUNESKO-nun davamlı inkişaf layihəsinə yönəldilmiş təhsil proqramının yerinə yetirilməsi çox önəmli yer tutur. Bu proqramda 2005-ci ildən 2014-cü ilə qədər təhsil onilliyinin keçirilməsi qərara alınmışdır və YUNESKO bu sahədə əsas rol oynayacaq təşkilatlardan biridir. Bu məqsədlə hazırda biz hərtərəfli plan üzərində işləyirik.

Bilirik ki, Azərbaycan bu təşəbbüsə qoşulan əsas tərəfdaşlardan biri olacaq və davamlı inkişafına yönəldilmiş proqramları dəstəkləyəcəkdir. Bu il Prezident İlham Əliyev tərəfindən yüksək səlahiyyətlərə malik olan təhsil komissiyası yaradılmışdır. Komissiyanın əsas vəzifəsi təhsilin bütün aspektlərini yaxşılaşdırmaq və dünya standartlarına uyğun bir şəkilə gətirməkdir. Bunun üçün Azərbaycanda mövcud olan təhsil sisteminin güclü və zəif tərəfləri dərindən öyrəniləcək və təhsilin yaxşılaşdırılmasına dair aparılacaq işlərin istiqamətləri müəyyənləşdiriləcəkdir.

Bu il iyulun 6-da YUNESKO Parisdə təhsil sisteminin davamlı inkişafına yönəldilmiş islahatlara həsr olunmuş bir konfrans keçirmişdir. Konfrans Azərbaycanın təhsil naziri tərəfindən də dəstəklənmişdir. Azərbaycandakı indiki konfrans çox vaxtında keçirilən bir tədbirdir. Azərbaycanda təhsil sistemi sahəsində çox nəzərəçarpan müsbət dəyişikliklər baş vermişdir. Bununla əlaqədar biz çox dərin müzakirələr aparmışdıq və bu müzakirələr zamanı Azərbaycanda təhsilin bütün aspektləri nəzərdən keçirilmişdir.

Biz bilirik ki, Azərbaycan çox böyük problemlərlə rastlaşmışdır. Bununla belə, çox yüksək nailiyyətləri qoruyub saxlaya bilmişdir. Yəni savadlılığın səviyyəsi, davamlılıq çox yüksək olaraq qalır.

Bununla belə, bəzi problemlər var və əgər indi onların üzərində işləməsək, uzunmüddətli perspektivdə bu problemlər ölkənin təhsil sisteminə və iqtisadi inkşiafına çox mənfi təsir göstərə bilər. Artıq bizə verilən məlumata görə, xüsusən orta məktəblərdə davamlılığın azalması müşahidə olunur. Ümumiyyətlə, müəllimlik metodikalarına yenidən baxılmalıdır. Təhsil mühitinin pisləşməsi ilə müşahidə olunan bəzi aspektlər mövcuddur. İnformasiya texnologiyalarının olmaması böyük bir problemdir. Son bir neçə il ərzində Azərbaycanda çox ölçülüb-biçilmiş makroiqtisadi siyasət aparıldığına görə və neft sektoruna qoyulan sərmayələr sayəsində üzümüzə gələn bir neçə il ərzində ölkədə ÜDM-in 3 dəfə artacağı gözlənilir. Ümidvarıq ki, neft sənayesindən əldə olunan gəlirlər çox düşünülmüş şəkildə istifadə olunacaq, ölkənin insan potensialının güclənməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan siyasət bizdə nikbinlik doğurur.

Bu konfransda biz Azərbaycanda təhsil islahatına yönəldilmiş tədbirlər haqqında daha geniş məlumat almaq istərdik. Bütün bunlar Parisdə müzakirə olunan məsələlərin məntiqi davamı olacaq və davamlı inkişafa yönəldilmiş təhsil onilliyinin əsas məqsədlərini Azərbaycanda tətbiq etmək niyyəti güdür. Öz tərəfimizdən sizə islahatlarınızda hərtərəfli yardım göstərəcəyik. Son müzakirələrimizin nəticəsi olaraq, Azərbaycan hökuməti ilə əməkdaşlığa dair memorandum imzalayacağıq. Bizim əsas prioritetlərimiz strateji planlaşdırma və təhsilin idarə edilməsi, təhsil əldə etmək imkanlarında bərabərlik, təhsilin keyfiyyəti, əsas texniki və peşə vərdişləri, yüksək informasiya və kommunikasiya texnologiyalarının təhsilə tətbiqi və təhsildə beynəlxalq əməkdaşlıqdır. Azərbaycana bu səfərimin əsas məqsədləri Azərbaycanda keçirilən təhsil islahatlarının izlənməsi və təhlili və bunun əsasında Təhsil Nazirliyinin ümumi məruzəsini hazırlamaqdır.

Mən ümidvaram ki, sizin keçmişdə əldə etdiyiniz nailiyyətlər bu konfransda müzakirə olunacaqdır. Lakin bununla yanaşı, mövcud olan problemlər haqqında geniş fikir mübadiləsi ediləcək və bu da aparılan islahatları daha da istiqamətləndirəcəkdir. Konfransın nəticələrinə əsasən, YUNESKO-nun gələcəkdə Azərbaycana göstərəcək yardımın istiqamətlərini müəyyənləşdirəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Sonra çıxış edən təhsil naziri MİSİR MƏRDANOV xatırlatdı ki, bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə Təhsil Nazirliyinin YUNESKO ilə birgə keçirdiyi ikinci konfransdır. İlk tədbir Parisdə olmuşdur. YUNESKO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə tədbirlər ilk dəfə məhz Azərbaycanla bağlı keçirilir.

Nazir dedi ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində təhsil sahəsində də ciddi irəliləyişə nail olunmuş, xüsusilə beynəlxalq əlaqələrimiz xeyli genişlənmişdir. Hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3500-dək tələbə təhsil alır. Dünyanın aparıcı universitetlərində Azərbaycanın orta məktəblərini bitirmiş 3000-dən artıq gənc ölkəmiz üçün zəruri ixtisaslara yiyələnir. Təhsil Nazirliyi dünyanın 30-dək ölkəsi ilə əlaqələr yaratmışdır, 20-dən artıq beynəlxalq təşkilatla 60-dan çox birgə layihə və proqramlar həyata keçirir.

Beynəlxalq əlaqələrdə YUNESKO ilə əməkdaşlığı xüsusi vurğulayan nazir bu sahədə əməkdaşlığın 5 istiqamətini sadaladı, habelə Avropa ali təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlərdən danışdı, o cümlədən bu ilin mayında Azərbaycanın Boloniya prosesinə qoşulduğunu bildirdi.

Azərbaycan təhsilinin inkişafına mənfi təsir göstərən səbəblərdən danışan M.Mərdanov Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrini xüsusi vurğuladı. Bildirdi ki, bu təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ümumilikdə 1000-ə yaxın təhsil müəssisəsi dağıdılmış, 115 min şagird, 16 minə yaxın müəllim məcburi köçkün düşmüşdür. Dünya praktikasında Azərbaycan yeganə ölkədir ki, böyük çətinliklərə baxmayaraq, işğal edilmiş ərazilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və zəruri şərait yaratmaq mümkün olmasa da, ölkənin müxtəlif bölgələrində həmin məktəblərin fəaliyyətini və köçkün uşaqların təhsilini təşkil etmişdir.

Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın həyata keçirilməsindən söhbət açan nazir dedi ki, hazırda proqramın III mərhələsində nəzərdə tutulan tədbirlər reallaşdırılır. 2002-ci ildən başlayaraq təhsilin ən ciddi problemləri ilə bağlı inkişaf proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinə üstünlük verilir. Hazırda təhsil sisteminin müxtəlif sahələri üzrə ümumilikdə 15 proqram mövcuddur. Onlardan 6-sı həyata keçirilir, 3-ü təsdiq, 6-sı hazırlanma mərhələsindədir.

1998-2005-ci illərdə 50219 yerlik 201 yeni məktəb binası tikilmişdir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmişdir. Heydər Əliyev Fondu kənd rayonlarında yerləşən və qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə xüsusi proqram hazırlamışdır və bu istiqamətdə intensiv iş gedir.

Son üç ildə ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri dərsliklərlə pulsuz təmin edilmişdir. Bununla da postsovet məkanında, Azərbaycan, şagirdlərin dərsliklərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə olmuşdur.

İslahat çərçivəsində ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi sahəsində eksperimentlərə başlanmışdır. 59 pilot məktəbinə maliyyə müstəqilliyi verilmişdir, adambaşına maliyyələşdirmə mexanizmi sınaqdan keçirilir. Eksperimentin nəticələrinə əsasən, bu yeniliyin təhsilin keyfiyyətinin yüksəldilməsinə real təsiri yoxlanılacaq, müsbət nəticələr əldə olunarsa, ikinci mərhələdə bu təcrübənin coğrafiyası genişlənəcək, üçüncü mərhələdə isə maliyyə islahatı bütün ölkəni əhatə edəcəkdir.

Nazir çıxışının sonunda əmin olduğunu vurğuladı ki, YUNESKO ilə imzalanacaq Memorandum təhsil sahəsində Azərbaycan-YUNESKO əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaqdır. Memoranduma əsasən Təhsil Nazirliyi və YUNESKO-nun birgə komissiyası yaradılacaq və o, prioritet istiqamətlər üzrə səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə məşğul olacaqdır.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi MARKO BORSOTTİ çıxışında vurğuladı ki, təhsillə yoxsulluğun azaldılması arasında aşkar əlaqə vardır. Çünki təhsil səviyyəsi artdıqca, işsizlik azalır. Azərbaycanın istər elmdə, istərsə də təhsildə çox gözəl və müsbət tarixi ənənələri vardır. Məsələn, Dövlət Neft Akademiyası və Bakı Dövlət Universiteti dünya miqyasında şöhrət qazanmış tədris ocaqlarıdır. Azərbaycan cəmiyyətində həmişə təhsilə çox böyük diqqət yetirilmiş, burada çox böyük mədəni mühit yaradılmışdır.

Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir ölkədir.

Cənab Prezident tərəfindən təhsil komissiyasının yaradılması, sözsüz ki, gələcəkdə bu sahədə işlərin aparılması üçün çox gözəl zəmin yaradır. Təhsilin keyfiyyətinin artırılması ciddi məsələdir. Azərbaycanın say göstəriciləri çox gözəldir. Lakin indi keyfiyyətə fikir verilməlidir. Bu baxımdan idarəetmənin yaxşılaşdırılması əsas prinsiplərdən biridir. Təhsil sistemində idarəetməyə diqqət yetirilməsi və bu sistemin daha səmərəli, daha yüksək nəticələrə yönəldilməsi, zənnimcə, böyük önəm kəsb edir.

İqtisadi sistemin tələblərinə uyğun olaraq təhsil sisteminin yenidən qurulması məsələsi çox vacibdir. Bu müxtəlif amillərin iqtisadi tələblərə uyğun olaraq nəzərə alınması ölkənin xeyrinə olacaqdır. Azərbaycan üçün bəzi məsələlər birinci dərəcəli məqsəd deyildir. Məsələn, ibtidai məktəblərə uşaqların az gəlməsi Azərbaycan üçün elə bir problem deyildir. Lakin bununla belə təhsil sahəsində problemlər mövcuddur. Ancaq orta məktəblərin şagirdlərinin sayında qızların səviyyəsinin saxlanması çox vacibdir. Çünki açıq etiraf etməliyəm ki, ölkənin bəzi rayonlarında qızların məktəblərdən tez çıxarılması özünü büruzə verir.

Eyni zamanda, tədris proqramlarının təkmilləşdirilməsi mühüm məsələlərdəndir. Bu, qlobal iqtisadiyyata inteqrasiyanın çox vacib amillərindən biridir. Bundan əlavə, informasiya texnologiyalarının təhsilin bütün sahələrində, bütün mərhələlərdə tətbiq edilməsi ölkənin və iqtisadiyyatın gələcək ehtiyaclarını ödəmək üçün çox vacibdir. Universitetlərlə tədqiqat mərkəzləri arasında əməkdaşlıq yeni təkan almalıdır. Azərbaycandan xaricə göndərilən tələbələrin sayını artırmaq lazımdır. Bu da ölkənin gələcək inkişafına müsbət təsir göstərər.

Gözəl ənənələrə malik ölkə kimi Azərbaycanın gələcəkdə öz təhsil və mədəni səviyyəsini daha da artırması üçün bütün imkanlara malik olduğunu vurğulayan cənab Borsotti dedi ki, bu, gələcəyə nikbin baxmağa imkan verir. Bununla yanaşı, digər ölkələrin də bu sahədə təcrübəsinə diqqət yetirilməlidir. Çünki təhsil gələcək nəsillərin yaradılmasına yönəldilmiş əsas sahədir.

X X X

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri ƏLİ HƏSƏNOV çıxışında YUNESKO-nun baş direktorunun bir sıra xoşməramlı səfirlərlə birlikdə Azərbaycana səfərini Azərbaycan xalqına və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya səmimi münasibətin təzahürü kimi qiymətləndirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı nəticələrini xatırladan Əli Həsənov dedi ki, hazırda dünyada olan 19 milyon nəfərdən çox qaçqın-köçkünün 5 faizi Azərbaycanın payına düşür. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə vurduğu ziyan təxminən 60 milyard ABŞ dolları həcmində hesablanır. Təhsil sahəsinə çox ciddi zərbə dəymişdir. 1000-dən çox təhsil müəssisəsi işğal zonasında qalmış və dağıdılmışdır. Bu gün əraziləri işğal olunmuş rayonlar üzrə 687 məktəb, 61 məktəbəqədər və 31 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Həmin tədris ocaqlarında 93 min şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 17 min müəllim məşğul olur. Bu məktəblərdə təhsil alan şagirdlərin hamısı pulsuz dərsliklərlə təmin olunur. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə 3200 şagird yerlik 18 orta məktəb, 600 yerlik 18 uşaq bağçası tikilib istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən məcburi köçkün ailələri üçün hazırda yeni salınan 13 qəsəbədə 2 min şagird yerlik 15 məktəb, 175 yerlik 5 uşaq bağçası tikilir.

Məcburi köçkün məktəblərinin maddi-texniki bazalarının yaxşılaşdırılmasında ABŞ-ın, Yaponiyanın Azərbaycandakı səfirlikləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, YUNİSEF-in, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, digər beynəlxalq humanitar təşkilatların Azərbaycandakı nümayəndəlikləri də yaxından iştirak edirlər.

Natiq dedi ki, bütün bunlarla yanaşı, əraziləri işğal olunmuş rayonların ümumtəhsil məktəblərində çox ciddi problemlər də mövcuddur. Onların böyük əksəriyyəti yerli məktəblərin nəzdində, eləcə də tədris üçün yararlı olmayan binalarda dözülməz şəraitdə fəaliyyət göstərir, maddi-texniki bazası xeyli aşağıdır, məktəb avadanlığı, sinif otaqları çatışmır.

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqın və məcburi köçkün uşaqların təhsil problemləri ilə əlaqədar məruzə hazırlamaq məqsədi ilə 2005-ci ilin mayında ölkəmizdə səfərdə olan YUNESKO-nun nümayəndələri də Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkün məktəblərinin fəaliyyəti ilə tanışlıq zamanı bütün bu problemlərin canlı şahidi oldular.

Lakin şəraitin dözülməzliyinə baxmayaraq, məcburi köçkün şagirdlərin təhsilə həvəsi yüksək olaraq qalır. Məhz bunun nəticəsidir ki, məcburi köçkün məktəblərinin məzunları arasında ali və orta ixtisas təhsili ocaqlarına qəbul olunanların sayı digər məktəblərlə müqayisədə heç də aşağı səviyyədə deyildir. Təkcə keçən ildə 4 min nəfərdən çox qaçqın və məcburi köçkün uşağı ali məktəbə daxil olmuşdur. İlkin hesablamalara görə, bu il onların sayı 5 min nəfərdən çoxdur. Bizim düçar olduğumuz problemin dünyada analoqu olmadığı kimi, müasir tələblərə cavab verməyən məktəblərdə təhsil alan qaçqın və məcburi köçkün uşaqlarının təhsildə yüksək göstəricilər əldə etməsinin də, yəqin ki, dünyada analoqu yoxdur. Bunun özü Azərbaycan gənclərinin təhsilə olan marağına əyani sübutdur.

Natiq daha sonra dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxtdan qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Bu gün keçirilən konfrans da bunun konkret ifadəsidir. Bu diqqət və qayğıya görə, məcburi köçkünlər adından Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyirik. Azərbaycanda təhsilin problemlərinə diqqət yetirdiyinə görə YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya bir daha təşəkkür edir və ümidvar olduğumu bildirirəm ki, ölkəmizdəki qaçqın və məcburi köçkün uşaqların təhsil problemlərinin həllində bügünkü tədbir əhəmiyyətli rol oynayacaq və YUNESKO da bu mühüm işdə bizə daim yardımçı olacaqdır.

Sonra cənab Koişiro Matsuura və nazir Misir Mərdanov YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzaladılar.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA konfransın geniş iclasına yekun vurdu:

- Bu gün biz Azərbaycan təhsilinin problemlərini birlikdə müzakirə edərək fikir birliyi nümayiş etdirdik. Mən inanıram ki, bu fikir birliyi bizə gələcəkdə bütün problemlərin həllində yardım edəcək, ümumi işimizdə böyük rol oynayacaqdır.

Konfrans iştirakçıları latın qrafikası ilə nəşr edilmiş kitabların sərgisinə baxdılar. Tədbir iştirakçılarına hədiyyə olaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun vəsaiti ilə YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycan dilində çapdan çıxmış “Quruculuq salnaməsi” kitabı paylandı. Sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər. Qonaqlar “Gülüstan” sarayından Bakının mənzərəsini seyr etdilər.

X X X

Fasilədən sonra konfrans öz işini Bakı Dövlət Universitetində və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bölmə iclaslarında davam etdirdi, müxtəlif mövzularda dinlənilən məruzələr ətrafında müzakirələr aparıldı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub