Yunus Əmrə İnstitutu TYS imtahanlarına qeydiyyat elan edir
Bakı, 5 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) beynəlxalq tərəfdaşı olan Yunus Əmrə İnstitutu Türkçə Yetərlilik İmtahanına (TYS) qeydiyyat elan edir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi tərəfindən DİM-in dəstəyi ilə təşkil ediləcək TYS imtahanına qeydiyyat aprelin 30-u başa çatır.
Qeyd edək ki, DİM və Yunus Əmrə İnstitutu arasında 2020-ci ilin noyabrında qarşılıqlı anlaşma memorandumu imzalanıb və razılaşdırılmış əməkdaşlıq sahələrindən biri də Türkçə Yetərlilik İmtahanının keçirilməsi üçün DİM tərəfindən dəstəyin göstərilməsidir.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]