Yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha nümayiş etdirdi
Bakı, 20 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı hər birimiz üçün müqəddəs ziyarətgaha çevrilib. Gələcək nəsil burada dəfn edilən şəhidləri unutmamalıdır.
Hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etdiyini deyən müəllim Reyhan Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub: “Dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]