Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zakir Sultanov: Mədəni irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir

Zakir Sultanov: Mədəni irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir

Bakı, 18 aprel, Ceyhun Alışov, AZƏRTAC

Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Xidmətin rəisi bildirib ki, tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar Sarayı, Şəki Xan Sarayı, Şuşa şəhərinin abidələri nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Azərbaycan xalqının çoxəsrlik zəngin tarixi və mədəni irsinin daim dövlətin diqqəti mərkəzində olduğunu vurğulayan Zakir Sultanov deyib: “Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkə daxilində, istərsə də xaricində böyük işlər həyata keçirirlər. Mədəni irsin qorunması sahəsinə verilən önəm ölkə başçısının imzaladığı onlarla mühüm fərman və sərəncamlarda öz əksini tapıb və bu sahəni prioritet sahələrdən birinə çevirib.

Qədim tarixə malik olan Azərbaycanda daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və mühafizəsi sahəsində kompleks işlərin və əldə olunmuş nailiyyətlərin davamlılığını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması işinin təkmilləşdirilməsi, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması və sahəyə aid digər işlərin həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir. Bu işlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əsas məqsəd və vəzifələrindəndir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirəcək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb, Fərmana əsasən, Dövlət Xidmətinin beş regional idarəsi yaradılıb”.

Onun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədlərindən biri ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib edilməsidir.

Azərbaycan Respublikası ərazisində yerləşən daşınmaz tarix-mədəniyyət abidələrinin ilk siyahısı Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli qərarı ilə təsdiq edilmişdir. 1981,1988 və 2001-ci illərdə siyahılar dövrün imkan və tələblərinə uyğun olaraq yenilənərək təsdiqlənmişdir. Hazırda ölkə ərazisində 6308 abidə dövlət qeydiyyatına götürülüb. Həmçinin fiziki və hüquqi şəxslərin, arxeoloqların müraciəti əsasında 1500-dən çox abidə yeni aşkar olunmuş abidə kimi siyahıya alınıb.

Zakir Sultanov qeyd edib ki, daşınmaz abidələrin Dövlət Siyahısının dəqiqləşdirilməsi üçün Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində aparılıb, tarix-mədəniyyət abidələrinin monitorinqi başa çatdırılıb. Aparılmış işlər yalnız yeni siyahının hazırlanmasına xidmət etmir, həm də müasir tələblərə cavab verən məlumat bazasının yaradılması üçün əsas rol oynayır.

Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma işləri aparılıb.

Ümumiyyətlə, abidələrdə aparılan bərpa-konservasiya işlərinin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsi və beynəlxalq bərpaçılıq məktəbinin təcrübəsini öyrənilməsi üçün yerli mütəxəssislərlə yanaşı aparılan işlərə xarici mütəxəssislər də cəlb edilir. Eyni zamanda, büdcə vəsaitinin səmərəli istifadəsi məqsədilə abidələrin bərpası üçün əlavə maliyyə mənbələrinin müəyyən edilməsi istiqamətində qarşılıqlı əlaqələrin yaradılmasına və müştərək layihələrin həyata keçirilməsinə də nail olunub.

Arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində də işlərin davam etdirildiyini qeyd edən Dövlət Xidmətinin rəisi deyib ki, xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilərin qorunması və bu ərazilərdə xüsusi rejimin yaradılması məqsədilə ötən il ölkə başçısının Sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqları elan edilib. Həmin Sərəncamla qoruqların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Nizami Gəncəvi Məqbərə Kompleksi isə Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun tərkibində fəaliyyətlərini davam etdirəcək.

Respublika ərazisində təbii təsirlər, habelə insan fəaliyyəti nəticəsində üzə çıxmış arxeoloji abidələrin və digər maddi mədəniyyət nümunələrinin qorunması və tədqiqi, həmçinin, arxeoloji əhəmiyyətli digər ərazilərdə qabaqlayıcı tədbirlərin görülməsi və tədqiqatların aparılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlar ilə birgə qarşılıqlı işlər həyata keçirilib.

“2016-cı ildən başlayaraq Qobustan Milli-Tarix Bədii qoruğunda “Yeni baxış” adlı layihə çərçivəsində aparılan çöl tədqiqat işləri nəticəsində ölkədə ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb. Yerli ekspedisiyalarla yanaşı, arxeoloji qazıntılarda beynəlxalq ekspedisiyaların da fəaliyyəti davam etdirilir. Hazırda “Avey” qoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, Qəbələ qoruğunda Azərbaycan-Koreya arxeoloji ekspedisiyası fəaliyyət göstərir.

Qorunma işinin kompleks şəkildə təmin edilməsi məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin Milli pasportları hazırlanması və mühafizə zonalarının müəyyən edilməsi işi də davam etdirilir. Ötən ildən Azərbaycanın işğal altında qalmış tarix-memarlıq abidələrinin pasportlarının hazırlanması işinə başlanılıb.

Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində də vacib addımlar atılır. Bu baxımdan son illər ölkəmizin nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsi təsadüfi deyil. Ötən il bizim üçün ən yaddaqalan hadisə Ümumdünya İrs Komitəsinin 43-ci sessiyasının Bakıda keçirilməsi və “Şəkinin tarixi hissəsi “Xan Sarayı” ilə birgə” Dünya İrsi siyahısına daxil edilməsi oldu”,- deyə xidmətin rəisi vurğulayıb.

Azərbaycanın vizit kartına çevrilmiş zəngin mədəni irsimizin beynəlxalq aləmdə təbliğində və tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi işlərin danılmaz olduğunu söyləyən Z.Sultanov Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliği istiqamətdə Dövlət Xidmətinin müxtəlif beynəlxalq təşkilatlar, fondlar və ictimai birliklərlə əməkdaşlıq çərçivəsində anlaşma memorandunları imzaladığını və birgə layihələr həyata keçirildiyini bildirib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib: “Məlum olduğu kimi 18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Tarixi məkanların məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılır. Bu gün Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın bir milyondan çox soydaşının məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi, təkcə Azərbaycan deyil bütün regionda sülh və sabitliyin bərqərar olmasına eləcə də tolerantlıq ənənələrinin qorunmasına ciddi ziyan vurur.

Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb