“Zaminbank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Fevralın 9-u saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvetməsində olan “Zaminbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, ev 4, mənzil 50 ünvanında yerləşən yaşayış sahəsi (ümumi sahəsi 53,6 kvadratmetr) və eyni ünvanda yerləşən ümumi sahəsi 25,9 kvadratmetr olan qeyri-yaşayış (zirzəmi) sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 245 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]