ZAQATALA VƏ BALAKƏN RAYONLARINDA SƏRHƏD ZASTAVALARININ YENİ İNZİBATİ BİNALARININ AÇILIŞI OLMUŞDUR
Mərasimlərdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi general-leytenant Vahid Əliyev, Zaqatala, Balakən və Qax rayonlarının icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirlərdə çıxış edən natiqlər Dövlət Sərhəd Xidmətinin yaradılması və maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulamış, ölkəmizin digər sərhəd bölgələri kimi, şimal-qərb sərhədlərimizin də etibarlı mühafizəsi sahəsində görülən işlərdən, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışlar.
Sərhəd zastavalarının inzibati binalarının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar əsgərlər üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.