ZAQATALADA “AZƏRBAYCANDA AQRAR SEKTORUN PROBLEMLƏRİ” MÖVZUSUNDA REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR
Zaqatala, 18 fevral (AZƏRTAC). Azərbaycan Kənd Təsərrüfatı Akademiyası Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə fevralın 18-də Zaqatala şəhərində “Azərbaycanda aqrar sektorun problemləri” mövzusunda regional elmi-praktiki konfrans keçirmişdir.
Tədbirdə Balakən, Zaqatala, Qax və Şəki rayonlarının yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, aqrar sahədə çalışan dövlət qulluqçuları, mütəxəssislər, sahibkarlar və fermer təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin kənd təsərrüfatının inkişafındakı xidmətlərindən bəhs edən “Torpaq islahatları tarixi hadisədir” adlı film nümayiş etdirilmişdir.
Zaqatala rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov 2008-ci ildə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışmış, Prezident İlham Əliyevin aqrar bölmənin inkişafına mühüm əhəmiyyət verdiyini xüsusi vurğulamış, bu sahənin inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalandığını nəzərə çatdırmışdır.
Konfransda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının birinci prorektoru, professor Həmid Zeynallının “Azərbaycanda aqrar sahənin elmi problemləri və kadr təminatı”, kafedra müdiri, professor Amin Babayevin “Ərzaq təhlükəsizliyi və ekoloji təmiz məhsul istehsalı”, dosent Firudin Qurbanovun “Toxumçuluq işinin təşkilində problemlər və onların həlli yolları” mövzularında məruzələri dinlənilmişdir.
Konfransın sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]

