ZAQATALADA HƏRBÇİ AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN ORDERLƏRİ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Zaqatala Sərhəd Dəstəsinin yeni yaşayış şəhərciyində zabitlər üçün inşa edilmiş hər biri 16 mənzildən ibarət iki yaşayış binasının təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə hərbi hissənin komandiri polkovnik Elşən Verdiyev açaraq şimal-qərb sərhədlərimizin etibarlı mühafizəsi sahəsində görülən işlər barədə danışmış, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində bu gün orduya dövlət qayğısının ən yüksək həddə çatdığını xüsusi vurğulamışdır.
Hərbçi ailələrini yeni xidməti mənzillər almaları münasibətilə təbrik edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abasquliyev ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, hazırda Sərhəd Xidmətinin tabeliyində olan bütün qarnizonların, sərhəd zastavalarının yüksək döyüş hazırlıqlı peşəkar zabit korpusuna malik olduğunu, ən müasir texnika ilə təchiz olunduğunu nəzərə çatdırmışdır. 2008-ci ilin sonunadək 600 sərhədçi ailəsinin yeni mənzillərlə təmin olunacağını qeyd edən general-mayor M.Abasquliyev hərbçi ailələrinə yeni mənzillərdə xoşbəxt həyat və firavan günlər arzulamışdır.
Mənzil sahiblərinə orderlər təqdim olunduqdan sonra yeni mənzillərə baxış olmuşdur. Bir, iki və üçotaqlı mənzillərin hər biri mebellə, mətbəx cihazları ilə təchiz olunmuş, binalarda müasir istilik sistemi quraşdırılmışdır. Gələcəkdə şəhərcikdə əlavə yaşayış binalarının, uşaq bağçasının tikilməsi də nəzərdə tutulur.
X X X
Elə həmin gün Balakən rayonunda Zaqatala Sərhəd Dəstəsinin tabeliyinə daxil olan “Yeni Şərif” sərhəd zastavasının da açılış mərasimi olmuşdur. Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abasquliyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər natiqlər sərhədçiləri əlamətdar gün münasibətilə təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamışlar. Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar binada yaradılan şəraitlə tanış olmuşlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]

