Zaqatalalı gənclərə “Şəxsi inkişaf təlimləri” layihəsi təqdim edilib
Zaqatala, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə “Şəxsi inkişaf təlimləri” adlı layihə təqdim edib. Layihə çərçivəsində karyera məsləhətçisi Zarema Tintinova zaqatalalı gənclərin qonağı olub.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim zamanı gənclərə “Karyera planlamasının 5 mərhələsi hansılardır?”, “Uğurlu karyeranın təməli nədir?”, “İnsanlar özləri haqqında hansı üsullarla öyrənə bilərlər?”, “Özünü tanıyan insan özü barədə nələri bilməlidir?” və digər mövzular barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.