Zaqatalanın arpa sahələrində orta məhsuldarlıq 26 sentnerdir
Zaqatala, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. Hazırda rayonun Muğanlı, Faldarlı, Mosul, Kəpənəkçi, Bəhmətli kəndlərinin ərazilərindəki təsərrüfatlarda arpa biçini davam edir. Bu günədək 902 hektar sahənin arpası biçilib, 2 min 345 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Bildirilib ki, biçin kampaniyasına, ümumilikdə, 26 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər digər texnikalar cəlb edilib. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]