Zaur Hacı-Məhərrəmov Peşəkar Futbol Liqasına icraçı direktor təyin olunub
Bakı, 29 avqust, AZƏRTAC
Peşəkar Futbol Liqasında (PFL) struktur və kadr dəyişikliyi davam edir.
AZƏRTAC qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən, qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.
Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkəmizdə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.
Qeyd edək ki, buna qədər Peşəkar Futbol Liqasında Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]