Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur İmrani: Coğrafiya İnstitutunun elmi tədqiqatları ölkə iqtisadiyyatının inkişafına yönəldilib

Zaur İmrani: Coğrafiya İnstitutunun elmi tədqiqatları ölkə iqtisadiyyatının inkişafına yönəldilib

Bakı, 19 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda bu il həyata keçirilən elmi-tədqiqat və innovasiya fəaliyyəti mühüm nəticələrlə yadda qalıb. Tədqiqat işlərinə geosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamiki dəyişikliklər və onların proqnozlaşdırılması, geomorfosistemlər və onların təbii ehtiyatlar potensialının tədqiqi, su ehtiyatlarının müasir vəziyyəti və dağ çaylarının sülb axımının öyrənilməsi, iqlim dəyişmələri və səhralaşmada iqlim amilinin rolu, torpaq-bitki örtüyünün antropogen deqradasiyası və bərpası yolları, regionların iqtisadi-coğrafi və demoqrafik problemlərindən çıxış yollarının axtarılması, davamlı turizm fəaliyyətinin öyrənilməsi və iqtisadiyyata tətbiqi, Xəzər dənizinin hidrometeoroloji prosesləri və hidrofiziki sahələrin kompleks təhlili və digər istiqamətlər aiddir.

İnstitutun direktor müavini, direktor vəzifəsini icra edən dosent Zaur İmrani AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar Coğrafiya İnstitutuna tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib: “Ən mühüm işlərdən biri Energetika Nazirliyinin “Azərbaycan Respublikasının iqlim xəritəsinin işlənib-hazırlanması və iqlim ehtiyatlarının müəyyən olunması” layihəsi çərçivəsində Coğrafiya İnstitutu tərəfindən “Azərbaycan Respublikası ərazisində istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti” ilə bağlı cədvəllər və xəritələrin hazırlanması olub. Belə ki, 1991–2020-ci illəri əhatə edən mövcud və bərpa edilmiş orta sutkalıq temperatur məlumatları əsasında istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti öyrənilib. Tədqiqat nəticəsində müəyyən edilib ki, dağlıq ərazilərdə bu göstəricilər yamacların istiqamətindən və yüksəklikdən asılıdır. Bununla yanaşı, ilk dəfə olaraq “Azərbaycan Respublikasında istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti” ilə bağlı fiziki-coğrafi vilayətlər üzrə cədvəllər tərtib edilib və xəritələr hazırlanıb”.

Zaur İmrani əlavə edib ki, 2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılmasında və “Elektron su təsərrüfatı” informasiya sisteminin funksional imkanlarının artırılmasında Coğrafiya İnstitutu yaxından iştirak edib. Milli Strategiyaya uyğun olaraq, xəritələrin hidroloji modellərlə inteqrasiyası, su ehtiyatlarının dəyişmə tendensiyalarının süni intellekt əsasında proqnozlaşdırılması və rəqəmsal su resursları atlasının hazırlanması istiqamətində Qudyalçay, Viləşçay, Lənkərançay, Ataçay və digər çayların hövzələri boyunca ekoloji vəziyyət öyrənilib. Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonları üzrə 30-dan çox su mənbəyi müəyyənləşdirilib, onların koordinat məlumatları və texniki vəziyyəti sənədləşdirilib. Hər bir su obyektinin topoqrafik, hidroloji və hidrotexniki göstəriciləri sistemləşdirilərək Milli Strategiyanın monitorinq mexanizminə daxil edilə biləcək formada təqdim olunub. Təhlillər nəticəsində müəyyən olunub ki, suyun səviyyəsində müşahidə olunan azalma yalnız iqlim amilləri ilə deyil, həm də antropogen təsirlər, xüsusilə sugötürmə və suvarma məqsədli axınların yönləndirilməsi ilə sıx bağlıdır.

Dosent Zaur İmrani qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramı ilə əlaqədar olaraq Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelinin hazırlanması Coğrafiya İnstitutuna tapşırılıb. 3D modellər ərazinin coğrafi quruluşunu daha realistik şəkildə təqdim etməklə yanaşı, ekoloji tədqiqatlarda, landşaft planlaşdırılmasında, turizm marşrutlarının təyinində və tədris prosesində geniş istifadə olunur. Bu işdə “ArcGİS” 10.5 proqramı, “OpenStreetMap” (OSM) məlumatları və Rəqəmsal Elevasiya Modeli (DEM) əsasında Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb. Coğrafiya İnstitutunun 2025-ci il ərzində 9 qrant layihəsi olub ki, onlar içərisində ən əhəmiyyətlisi “Coğrafi təhsil və tədqiqat innovasiyası: Azərbaycanda iqlim uyğunlaşmasının birgə strategiyaları” adlanır. Bu qrant layihəsi DAAD (Alman Akademik Mübadilə Xidməti) təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində iyunun 15-dən iyulun 15-dək tələbə mübadiləsi proqramı əsasında fəlsəfə doktoru hazırlığı üzrə dörd nəfər, iki magistrant və iki bakalavriat Almaniyanın Gissen Universitetində ezamiyyətdə olub. Səfər zamanı məkan məlumatlarının toplanması və analizi, turizm marşrutlarının təşkili, geopark məfhumu və onun üstünlükləri barədə dərslər və ekspedisiyalar təşkil olunub. Bundan əlavə, Avropa Komissiyasının “Horizon-2020” innovasiya və tədqiqat proqramı çərçivəsində “Miqrant agentliyi üçün tarix və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər”, “Davamlı kənd təsərrüfatının inkişafı hesabına Azərbaycan icmalarında iqlim dayanıqlığının artırılması”, “Xərc-fayda analizi və kəhrizlərin seçilmə metodologiyası”, “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair məlumatlandırma” və s. layihələri də misal göstərmək olar.

Müsahibimiz 2025-ci ildə Coğrafiya İnstitutu ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Gürcüstanın Coğrafiya İnstitutu arasında elmi əməkdaşlıq barədə memorandumların imzalandığını, həmçinin Qazaxıstanın Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu ilə Xəzər dənizinin tədqiqi sahəsində elmi əməkdaşlıq əlaqələrinin yaradılmasının planlaşdırıldığını bildirib.

Dosent Zaur İmrani elm-tədqiqat işləri ilə bağlı məlumat verərək deyib: “Son illər Coğrafiya İnstitutu tərəfindən ölkə iqtisadiyyatına töhfə verə biləcək elmi araşdırmalar aparılıb və bir sıra mühüm nəticələr əldə edilib. Bunlar sırasında, müasir iqlim dəyişmələri fonunda Azərbaycanın iqlim şəraitinin və sinoptik proseslərin tədqiqi; Azərbaycanın su ehtiyatlarının müasir vəziyyətinin və dağ çaylarının sülb axımının tədqiqi; Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təsərrüfat sahələrinin müasir ərazi təşkili və perspektivləri yer alıb. Həmçinin Qarabağ və Şərqi Zəngəzur regionlarının müasir təbii ekosistemlərinin inkişaf dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi; Qarabağ geomorfoloji vilayətinin təbii relyef resursları, onlara antropogen təsirin yaratdığı təhlükə və risklərin qiymətləndirilməsi, monitorinq xəritələrinin tərtibi; müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri ilə sahil zonasında dinamiki proseslər arasında əlaqələrin öyrənilməsi istiqamətlərini bu sıraya aid etmək olar. Bu il Coğrafiya İnstitutunda 2 jurnal, 11 kitab, 1 kataloq, 1 lüğət, 2 atlas və 2 test vəsaiti çap olunub. Əməkdaşlar 228 məqalə çap etdirib, onlardan 65-i xaricdə, 53-ü isə “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc olunub. Həmçinin 6 tezis hazırlanıb və onlardan 3-ü xaricdə nəşr edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır

“Xilasedici” Çempionlar Liqasında mübarizəyə başlayır

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Azərbaycançılıq düşüncəsi: Milli kimliyimizin və dövlətçiliyimizin ideoloji əsası MƏQALƏ

Qızıl və gümüş ucuzlaşıb

Neft bahalaşıb

Xankəndidə Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin açılışı olub

Tramp: ABŞ qlobal nüfuzunu bərpa edib və hazırda Çindən xeyli irəlidədir

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub

Qaradağ rayonunda son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Almaniya altıncı nəsil döyüş təyyarəsinin hazırlanması layihəsində iştirakını araşdırır

Aİ Britaniyanın ittifaqa qayıtması şərtlərində çeviklik göstərə bilər

Media: ABŞ qüvvələri İranın Qeşm adasına zərbə endirib

Vens: ABŞ İranla razılaşma üçün vaxt çərçivəsi müəyyən etməyib

ÜST: Efiopiyanın şimalında səhiyyə sistemi çökmək təhlükəsi ilə üzləşib

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb

Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib

Tramp: İranla müharibə ehtimalının azalması fonunda neftin qiyməti kəskin ucuzlaşır

Oman sahillərində mərmi zərbəsinə məruz qalan gəmi batıb

Tramp İranla bağlı hərbi əməliyyatların bərpasına qərar verməyə tələsmədiyini bildirib

Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq

Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

Fransada məhbusların sayı rekord həddə çatıb

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib