ZAVOD ÖZ TƏMAYÜLÜNÜ DƏYİŞMİŞDİR
Öz təmayülünü dəyişən zavodda kənd təsərrüfatı texnikasına servis xidməti də göstərilir. Biçin kampaniyası dövründə zavodun kollektivi taxılçılıqla məşğul olan sahibkarlara 12 milyon manatlıq servis xidməti göstərmişdir.
Müəssisədə kiçik fermer təsərrüfatları üçün ot doğrayan maşınlar da istehsal olunur. Bütün bunlar isə zavodda yeni iş yerlərinin açılmasına və onların əmək haqlarının yüksəlməsinə şərait yaratmışdır.