ZAVOD YENİ AVTOMOBİL İSTEHSALINA HAZIRLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncə avtomobil zavodunun Çin Xalq Respublikasının “Çan-qan” şirkəti ilə bağlanmış əməkdaşlıq müqaviləsi reallaşmaq üzrədir. Bu günlərdə şirkətin Gəncəyə gəlmiş nümayəndə heyəti zavodun imkanlarını bir daha nəzərdən keçirmiş və burada Çin avtomobillərinin yığmasına razılıq vermişdir. Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə qeyd olunmuşdur ki, ilkin mərhələdə kiçik həcmli yük avtomobilləri yığılacaqdır. Təxminən 400 nəfərin işləyəcəyi müəssisədə əvvəlcə min ədəd avtomobil yığılacaqdır. Avtomobilləri “Gəncə” adlandırmaq qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]