“Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilib
Bakı, 10 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın tərəfdaşlığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçiriləcək müsabiqə üçün hekayələrin qəbulu mayın 1-də sona çatacaq.
Hekayələr uşaq məsələləri üzrə mütəxəssis, peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək və ilk 3 yerin qalibi diplom və hədiyyələrlə mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]