“Zəhmətkeş qadınlar unudulmur” devizi ilə aksiya təşkil edilib
Masallı, 8 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Ərkivan qəsəbəsində Beynəlxalq Qadınlar Günü münasibətilə "Zəhmətkeş qadınlar unudulmur" devizi ilə aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə keçirilən aksiyada qəsəbə könüllüləri küçələrin təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara bayram hədiyyələri təqdim ediblər.
Aksiyada Ərkivan qəsəbə ərazi nümayəndəliyinin əməkdaşları, qəsəbə könüllüləri və “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov fəallıq nümayiş etdiriblər.