Zelenski: Hazırda Ukrayna ərazilərinin 26 faizi işğal altındadır
Kiyev, 5 fevral, AZƏRTAC
Hazırda Ukrayna ərazilərinin 26 faizi Rusiyanın işğalı altındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Rai-1” telekanalına müsahibəsində bildirib.
“İki ildən sonra dövlətimizi müdafiə etməyi bacarmağımız vacibdir. Milli ərazinin təxminən 26 faizi hələ də işğal altındadır, lakin biz görürük ki, Rusiya ordusu ciddi irəliləyiş əldə edə bilmir. Biz onları dayandırdıq”, - deyə Zelenski vurğulayıb.
Eyni zamanda, prezident əlavə edib ki, Ukrayna dünya liderlərini birləşdirə bilib, ona görə də ukraynalılar tək deyil.
“Bu gün ölkə müharibənin nə olduğunu bilir. Təəssüf ki, bir çox ailələr yaxınlarını itirib, yaralananlar var, çoxları cəbhədədir. Lakin biz tək deyilik, dünya liderlərini birləşdirə bilmişik”, - deyən Zelenski bildirib ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumunun ilk günləri indikindən çox fərqli olub.
“Müharibənin ilk günləri çox fərqli idi, insanlar çox qorxurdular. Əvvəlcə böyük xaos, gözlənilməz işğal, gecələr şəhərlərə hücumlar oldu. İnsanlar şokda idilər. İndi hər şey başqa cürdür, biz öz torpağımızı, ailəmizi müdafiə etməyə başladıq”, - deyə Zelenski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
- 24.09.2026 [04:22]
Avropa İttifaqı İrana çağırış edib
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]