Zelenski Rusiya ilə dialoqun perspektivini görmür
Kiyev, 12 mart, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə dialoq formatının perspektivini görmür.
AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski “Le Monde” və BFM TV-yə müsahibəsində Rusiyanın artıq Odessa limanında Ukrayna ilə həyata keçirmək istədiyi “dialoq formatı”nı nümayiş etdirdiyini söyləyib.
Ukrayna Prezidenti vurğulayıb ki, əgər fasilə olarsa, bu, Rusiyaya hazırlaşmaq imkanı verəcək və növbəti “Minsk” formatı olacaq.
“Bu dəfə Rusiya Ukraynanın tam işğalı ilə gələcək, lakin Putin daha əvvəldə etdiyi səhvləri etməyəcək”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, təkcə “Normand” formatında deyil, Minsk prosesində müxtəlif səviyyələrdə 200-ə yaxın danışıqlar olub. “Bu fasilə Putin üçün oksigen kimidir. Bu pauza sülh danışıqları deyil, nəfəs almaqdır” - deyə Ukrayna Prezidenti vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]