Zelenski: Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur
Bakı, 12 mart, AZƏRTAC
Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində deyib.
"Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər. Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, daha sonra ifadəsində düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək, onu etməklə eyni deyil”.
NATO-nun Baş katibi Yens Stoltenberq bu müzakirələr fonunda Makrona bu cür məsələlərdə müttəfiqlərlə məsləhətləşməyi tövsiyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]