Zəngilanın Ağalı kənd sakinləri aktiv məşğulluq proqramları ilə əhatə olunublar
Bakı, 20 oktyabr, AZƏRTAC
20 Oktyabr - Zəngilan Şəhəri Günü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zəngilanın Ağalı kəndinə gördüyü işlərə aid məlumat hazırlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Böyük Qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndinə köçürülən sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar. Nazirlik tərəfindən onlardan 120 nəfər ərazidəki vakansiyalar, 33 nəfər “İşsizin dostu” proqramı üzrə işlə təmin edilib, 11 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. 26 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda daha 31 sakinin məşğulluğuna dəstək işləri aparılır.
İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Ağalıda ilk “Smart DOST” xidmət məntəqəsi də açılıb. Ötən dövrdə bu məntəqədə 19 sakinə xidmət göstərilib.
Xatırladaq ki, dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 Oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]