Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında iməcilik
Zərdab, 19 yanvar, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qəhrəmanlıq, müstəqillik uğrunda mübarizə simvolu kimi daxil olan 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Zərdab rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində Şəhidlərin xatirə parkında iməcilik keçirilib.
AZƏRTAC xəbər verir ki, əmək kollektivlərinin 200 nəfərdən çox nümayəndəsinin iştirakı ilə keçirilən iməcilikdə şəhidlərin xatirə parkının ərazisində 300-dən çox şam, sərv ağacları, gül kolları əkilib. Habelə ərazidə abadlaşdırma işləri görülüb. Lazımi yerlərdə rəngləmə, ağartma işləri aparılıb.
İməcilik şəhərin Heydər Əliyev prospektində və Zərdabi küçəsində davam etdirilib, ərazilərdə təmizlik, səliqə-sahman işləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]