Zərdabda koronavirus pandemiyası təhlükəsinə qarşı dezinfeksiya işləri davam etdirilir
Zərdab, 24 noyabr, AZƏRTAC
Zərdab rayonunda koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 8 nəfər işçisi və 5 ədəd xüsusi ayrılmış avtomobil iki qrupda Zərdab şəhərinin 17 çoxmənzilli yaşayış evində, Heydər Əliyev parkında, Ulu Öndərin adını daşıyan prospektdə, habelə şəhərin Zərdabi, M.Ə.Rəsulzadə, Babək İsmayılov və digər küçələrində dezinfeksiya işləri aparır. Artıq əksər ərazilərdə binaların, idarə və müəssisələrin həyət və dəhlizləri, küçə və prospektlər dezinfeksiyaedici məhlulla yuyulub.
Dezinfeksiya işləri, habelə koronavirus xəstəliyi müəyyən edilən bir necə vətəndaşın yaşadığı evdə, eləcə də ətraf evlərdə aparılıb.