REGİONLAR
Zərdabda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət artıb
Zərdab, 4 avqust, AZƏRTAC
Zərdab rayonunda son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə yaxşılaşdırılmasına diqqət artıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, təkcə cari yarımillikdə 2110 baş inək və düyə süni mayalandırılıb, 1234 baş cinsi yaxşılaşdırılan, daha məhsuldar buzov alınıb.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, təbi ki, məhsul istehsalının artımına da öz təsirini göstərir. Buna görə də bölgədə ət və süd istehsalı ildən-ilə artır. İlin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2 sentner, süd istehsalı isə 27 sentner çoxalıb.
Qeyd edək ki, heyvandarlıq Zərdabda aqrar sektorun əsas sahələrindəndir. Hazırda fermerlər və fiziki şəxslər tərəfindən 54848 baş iribuynuzlu mal-qara, habelə 114989 baş davar bəslənilir.