ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ BOL VƏ KEYFİYYƏTLİ MƏHSUL GÖTÜRMƏYƏ KÖMƏK EDİR
Bakı, 18 iyul (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən (DFNX) bildirmişlər ki, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərlə vaxtında və səmərəli mübarizə aparılır. Ölkənin aqrar bölməsində bol və keyfiyyətli məhsul götürmək üçün resbublika ərazisində xüsusi təhlükəli zərərvericilərə - çəyirtkəkimilərə, siçanabənzər gəmiricilərə, karantin zərərli orqanizmlərdən Amerika ağ kəpənəyinə, Kolorado kartof böcəyinə, Şərq meyvəyeyəninə, Kaliforniya qalxanlı yastıcasına, sitrus ağqanadlısına, sürünən kəkrəyə, ambroziyaya və s. qarşı tədbirlər görülür. Cari ilin ötən aylarında 66650 hektar sahədə gəmiricilərə qarşı sink-fosfid preparatı ilə kimyəvi mübarizə aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]