Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət

Bakı, 1 may, AZƏRTAC

“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”. Bu sözlər mənim çapdan təzə çıxan kitabımın adıdır. Həmin mövzuda da mən danışmaq istərdim. Zərifə və Heydər Əliyevlər cütlüyü haqqında, bu qeyri-adi insanların taleyindən, onların birgə həyatından, bu xoşbəxt ailədə hökm sürən ab-havadan, onların bir birini necə sevməyindən danışacağam. Hesab edirəm ki, bu mövzu xüsusən cavan nəsil üçün ibrətamiz və nümunəvi ola bilər. Həm də rəsmi Heydər Əliyevi, Heydər Əliyevi - müstəqil Azərbaycanın qurucusu və memarını hamı yaxşı tanıyır. Mən isə onun insani keyfiyyətlərindən, qeyri-rəsmi həyatından söz açmaq istərdim.

Xalq yazıçısı Elmira Axundova AZƏRTAC-a açıqlamasında Ulu Öndər Heydər Əliyevin və ömür-gün yoldaşı Zərifə xanımın birgə həyatından, onların arasındakı saf sevgidən söz açıb.

Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. 12 gün sonra eyni yerdə - Naxçıvanda Zərifə xanımın gələcək həyat yoldaşı Heydər Əliyev doğulmuşdu. Görkəmli Azərbaycan jurnalisti Svetlana Mirzəyeva talelərin qəribə qovuşması haqda sonralar belə yazmışdı: “Dünya necə də qəribə və qanunauyğun şəkildə qurulub. Eyni Naxçıvan Muxtar Respublikasında, eyni ildə, eyni bahar günlərində arada 12 gün fərqlə hətta soyadları da eyni olan iki insan - Zərifə və Heydər doğulmuşdu. Doğulmuşdular ki, illər sonra başqa bir şəhərdə - Bakıda bir-birini tapsınlar, çətin sınaqlardan keçsinlər və talelərini birləşdirib ailə qursunlar.

Zərifə xanımın atası məşhur sima idi - dövlət xadimi, alim, Azərbaycanda sovet səhiyyəsinin təşkilatçısı, KP MK-nın katibi Əziz Məmmədkərim oğlu Əliyev. Amma hər şeydən əvvəl çox sadə və ziyalı bir insan.

Zərifə Əliyevanın uşaqlıq və gənclik rəfiqəsi, akademik Püstəxanım Əzizbəyova xatirələrində yazırdı: “Mənə elə gəlir ki, Zərifə xanımın təvazökarlığı mənbəyini öz valideynlərindən, ailəsindəki sadəlikdən, insanlarla ünsiyyətdəki səmimilik, xeyirxahlıq, diqqətcillik və qonaqpərvərlikdən almışdı. Qəti əminəm ki, heç bir universitet ev tərbiyəsinin yerini verə bilməz”.

Kitab üzərində işləyərkən Zərifə xanımı tanıyanların hamısına eyni sualı verirdim: “O necə insan idi?” Aldığım cavab isə, bir qayda olaraq, belə idi: “Çox sadə!” Bu həqiqi ziyalını başqalarından fərqləndirən həmin yüksək əyarlı sadəlik idi. Zərifə xanımın ən yaxın rəfiqəsi Zəhra xanım Quliyeva danışırdı: “Azərbaycanın bütün “qaymaqları” - görkəmli yazıçılar, bəstəkarlar, artistlər, alimlər, professor və akademiklər Əziz Əliyevin evində olurdular. Təbii ki, bütün bu tanışlıq və görüşlər uşaqların şüurunda, yaddaşında iz salırdı. Amma ailə üzvləri heç vaxt Əziz Əliyevin Mərkəzi Komitənin katibi, yaxud Dağıstanın birinci şəxsi olması ilə lovğalanmırdılar. Nə uşaqlar, nə də böyüklər! Belə meşşanlıq duyğusu Zərifəyə də yad idi. Onun bir dəfə də olsun hansısa qeyri-adi, bahalı paltar geyindiyini yadıma sala bilmirəm. Əksinə, həmişə çox sadə geyinirdi. Başqalarından heç nə ilə fərqlənməməyə çalışırdı. Bu evə ayaq basan hər kəsi çoxdan arzulanan qonaq kimi qarşılayırdılar. Yadımdadır ki, ev işlərində onlara bir qadın kömək edirdi. Qadının əri isə dalandar idi. Aydındır ki, çox kasıb yaşayırdılar. Həmin kişi xəstələnəndə Zərifə xanım onlara yemək, dərman aparırdı. “Gərək mütləq onu müalicə edim”, - deyirdi. İnsanlara münasibətdə bu cür sadə, səmimi və diqqətli idi”. Kitabımda bununla əlaqədar onlarca misal gətirmişəm.

Zərifə xanımdan fərqli olaraq, Heydər Əliyev tam başqa sosial mühitdə doğulmuşdu. Heydər Əliyevin atası Əlirza Əliyev 1930-cu illərə qədər Bakının neft mədənlərində işləmiş, sonralar Naxçıvana qayıdıb dəmir yolu stansiyasında daimi iş tapmışdı. Anası İzzət xanım evdar qadın idi. Çoxuşaqlı ailə çətin maddi durumda yaşayırdı, buna baxmayaraq, valideynlər uşaqların tərbiyəsinə və xüsusilə oxumasına ciddi fikir verirdilər.

Maraqlıdır ki, tam başqa mühitin yetirmələri olsalar da, Zərifə xanım və Heydər Əliyev bir çox cəhətlərlə bir-birlərinə yaxın idilər. Məsələn, hər ikisi mütaliəni sevirdi, ikisinin də çox gözəl natiqlik istedadı var idi. Klassik musiqinin vurğunu idilər. Dram və opera tamaşalarına baxmağa meyilli idilər və Bakıda heç bir maraqlı premyeradan yan keçməzdilər. Ən əsası isə hər ikisinin fitri musiqi istedadı var idi.

Zərifə xanım heç bir musiqi məktəbində oxumayıb, amma pianoda, qarmonda əsl professional kimi çalırdı. Özü də həm sovet mahnılarını ya da, məsələn Tofiq Quliyevin melodiyalarını, həm də milli, xalq musiqi nümunələrini. Sonralar məşhur sovet bəstəkarı Tixon Xrennikov Heydər Əliyevin xanımı ilə tanış olarkən demişdi: “Zərifə xanım yalnız respublikanın birinci şəxsinin həyat yoldaşı deyil. Özü də parlaq şəxsiyyətdir, qeyri-adi erudisiyası, orijinal fikirləri ilə diqqəti çəkən ağıllı və cazibədar qadındır. Peşəkar musiqiçi olmadığı halda müxtəlif müəlliflərin əsərlərinin ruhunu, üslubunu dəqiq ifadə etməklə royalda ustalıqla çalması məni xüsusilə heyran etdi...”.

Heydər Əliyevin isə gözəl səsi var idi və ikisi çox harmonik tandem, duet təşkil edirdi.

Jurnalist Svetlana Mirzəyeva böyük sənətkar Rəşid Behbudovun sözlərini xatırlayır: “Zərifə xanımın yanında Heydər Əliyev adlı cavan oğlan görünəndə Rəşid özlüyündə uca boyuna, atletik bədən quruluşuna, nəcib görkəminə görə ona “Qladiator”, “Spartak” adını vermişdi. Çox tezliklə “Spartak”ın incəsənətə heyrətamiz dərəcədə bağlı bir insan olduğu meydana çıxdı. Heydər Əliyevin musiqi duyumu Rəşidi xüsusilə məftun etmişdi. - Bilirsən o necə oxuyur? Sanki peşəkar məktəb keçmiş müğənnidir, - deyə Rəşid Behbudov danışırdı. - Dünən onlarda idim. Dzerjinski klubunda konsertdən çıxandan sonra Heydər Əliyeviçlə Zərifə xanım məni evə dəvət etdilər. Bilirsən, Heydər az qala bütün repertuarımı təkrar etdi. Zərifə xanım isə onu royalda müşayiət edirdi. Evləri əsl filarmoniyadır...”

Bu cütlüyün çox maraqlı və ibrətamiz xüsusiyyətini qeyd etməyə bilmərəm: bir-birinə dayaq olması, bir-biri ilə qürur hissi duyması, bir-birinə valeh olması. Məsələn, hərdən belə olur ki, bu və ya digər dövlət xadiminin yoldaşı, xanımı onun dövlət, ictimai işləri ilə əsla maraqlanmır, onlara fikir vermir, ancaq ev işləri ilə, uşaqların tərbiyəsi ilə məşğuldur. Öz növbəsində kişi də arvadının karyerasına çəp baxır, istəmir ki, xanım işləsin, irəli getsin. Sovetlər vaxtında belələri var idi, indi də az deyil. Heydər Əliyevin və Zərifə xanımın ailəsində tam başqa mühit hökm sürürdü. Əvvəla, Heydər Əliyev xanımı ilə bütün məsələlərdə məsləhətləşib dərdləşirdi.

Zərifə xanımın qardaşı, akademik Cəmil Əliyev mənə belə danışırdı: “Zərifə Heydər Əliyeviçin bütün sirlərini etibar edə bildiyi əsl dostu idi. Yadımdadır ki, Heydər Əliyeviç hələ DTK-da işlədiyi vaxtlar Bilgəhə bağa gələndə (yayda hamımız orada yaşayırdıq) bacımla danışmaq, fikirlərini bölüşmək üçün ağaclığın sıx yerinə çəkilirdilər. Belə görüşlər hər axşam azı 40 dəqiqə çəkirdi. Onlar hansısa məsələləri müzakirə edir, fikirlərini bölüşürdülər. Aydın məsələdir ki, Heydər Əliyeviç hər adamla belə söhbət edə bilməzdi. Ürəyini yalnız Zərifə xanıma açırdı. Və bu hal bacımın həyatının son gününə qədər eyni qaydada davam etmişdi...”.

Heydər Əliyev xanımını həmişə öz elmi işlərini davam etdirməyə, inkişaf etdirməyə ruhlandırırdı. Zərifə xanım böyük alim, tanınmış ictimai xadim idi. Bir sıra nüfuzlu elmi təşkilatların üzvü və rəhbəri idi.

Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü elə bil günahkar hiss edirdi. Qızı Sevil xanım mənə danışırdı: “Anam övladlarına, ailəsinə çox bağlı idi. Bu onun üçün hər şeydən qiymətli idi. Anamın nəzərində ailə birinci yerdə dayanırdı. Atam onun necə böyük elmi potensiala malik olduğunu, necə istedadlı olduğunu yaxşı bilirdi. Ona görə də hər vasitə ilə seçdiyi məqsədə doğru getməyi təşviq edirdi. Yadımdadır, gecələr hamımız yatanda anam oturub öz elmi əsərlərini - kitab və məqalələrini yazırdı. Moskvaya yolumuz düşəndə, ilk növbədə, həmkarları - paytaxt oftalmoloqları ilə əlaqə saxlayırdı. Amma şöhrətpərəstlik hissi ona yad idi. Şan-şöhrət qazanmağa, başqalarından fərqlənməyə çalışmırdı. Atam onun elmi potensialına bələd olduğundan istedadının hədər yerə puç olmasını istəmirdi. Siz indicə ailədə fikir ayrılıqları, mübahisələr haqda soruşdunuz. Mübahisələr bəzən məhz dediyim müstəvidə baş verirdi. Atam deyirdi ki, qoy Zərifə xanım tempi azaltmasın, elmi axtarışlarını davam etdirsin. Atam həmişə ona istiqamət verir, ruhlandırırdı...”.

Digər tərəfdən, Zərifə xanım bəlkə hamıdan yaxşı Heydər Əliyev şəxsiyyətinin miqyasını dərk edirdi. Bütün həyatı boyu onu göz bəbəyi kimi qoruyurdu, uşaqlar, ev və məişətlə bağlı bütün qayğıları üzərinə götürmüşdü.

Cəmil Əliyev deyir ki, “Zərifə xanım Heydər Əliyevi az qala ilahiləşdirirdi, öz kumiri sayırdı. Sadəcə, başqa söz tapmaq çətindir. Əksər vaxtlarda ərinə “siz” deyə müraciət edirdi. Həmişə bizə deyirdi ki, Heydər Əliyeviç unikal insandır”. Zərifə xanım onun plenumdakı, hansısa böyük tədbirlərdə çıxışlarını əvvəldən axıracan dinləyirdi. Özü də televiziya ekranından yox, canlı.

“O vaxtlar bütün iclaslar, adətən, Dzerjinski adına klubda keçirilirdi, - deyə Zəhra Quliyeva yada salırdı. - Lenin sarayı sonralar tikildi. Zərifə xanım çalışırdı ki, ərinin bir çıxışını da buraxmasın. Gəlib sakitcə bir tərəfdə oturur, diqqətlə dinləyirdi. Heydər Əliyeviçin çıxışlarda məharətlə müxtəlif suallar qoyub onlara cavab verməsindən, qüsursuz nitqindən, gözəl diksiyasından, bir sözlə, qeyri-adi natiqlik istedadından heyranlıqla söz açırdı. Arada mənə deyirdi: - Zəhra, Heydər Əliyevi bizə Allah göndərib. Onu qorumaq lazımdır...”.

Heydər Əliyeviç də xanımını çox sevirdi, qiymətləndirirdi. 1970-ci illərdə respublikanın partiya və dövlət rəhbərliyi, mədəni elita birinci şəxsin xanımının sadəlik və təvazökarlığını, insanlara münasibətində təbiilik və səmimiliyini yaxından müşahidə etmək imkanı qazanmışdı. Heydər Əliyev, yəqin ki, bütün keçmiş SSRİ miqyasında həyat yoldaşını “cəmiyyət arası”na çıxaran ilk lider idi. Ötən əsrin 80-ci illərinin ortalarında, Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra guya onun arvadı ilə birlikdə tarixdə ilk dəfə SSRİ-nin siyasi leksikonuna “birinci ledi” ifadəsini daxil etdiyini yazmağa başladılar. Lakin bu, həqiqətə uyğun deyil. Sovet dövründə, uzaq 1970-ci illərin əvvəlində xanımı ilə cəmiyyət qarşısına çıxmaq ənənəsinin əsası ilk dəfə Azərbaycanda qoyulmuşdu. Zərifə xanım sonralar Moskvada dostlaşacağı Raisa Maksimovnadan fərqli olaraq, əri ilə ictimaiyyət arasında görünəndə dayanmalı olduğu yeri səhvsiz müəyyən edirdi. Hələ protokol nöqteyi-nəzərindən yüz dəfə ölçülüb-biçilmiş, qüsursuz davranışını demirik! Çünki Zərifə xanıma nadir rast gəlinən ziyalılıqla bərabər, həm də heyrətamiz dərəcədə güclü ölçü-biçi hissi, dəqiqlik və incə takt xas idi. Məhz bu xüsusiyyətlərinə görə Heydər Əliyev Zərifə xanımla bir yerdə olmağı üstün tuturdu. Ərinin Moskvaya ezamiyyətləri zamanı, ədəbiyyat və mədəniyyət xadimləri ilə görüşlərdə, teatrların ilk tamaşalarında onları həmişə bir yerdə görmək mümkün idi.

Rəhbər partiya işçisi Svetlana Qasımova müttəfiq respublikalardan Azərbaycan SSR-in 60 illik yubileyi münasibətilə Bakıya gəlmiş Mərkəzi Komitə katibləri xanımlarının Zərifə xanım haqda necə yüksək hörmət və səmimi heyranlıq hissi ilə söz açdıqlarını xatırlayaraq deyirdi: “Müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətlərini qarşılayarkən ilk dəfə Zərifə xanımla yaxın ünsiyyətdə oldum. İstər-istəməz Zərifə xanımla digər respublikaların birinci şəxslərinin xanımlarını müqayisə etməli olurdun. Zərifə xanım yüksək mədəniyyəti, erudisiyası, geniş biliyi və bütün bunlarla birlikdə sadəliyi, səmimiliyi ilə seçilən unikal şəxsiyyət idi. O, daim çevrəsində gözəl ab-hava yaradır, qonaqların hər birinə Azərbaycan, Azərbaycan qadını haqda dolğun təsəvvür əldə etməyə imkan yaradırdı…”.

Eyni təəssüratı Zərifə xanım Moskvada Heydər Əliyevin həmkarlarına, onların həyat yoldaşlarına bağışlayırdı. Raisa Qorbaçova, Cəmil Əliyevin dediyi kimi, Zərifə xanımın vurğunu idi.

Bir dəfə Heydər Əliyev Rusiya telejurnalisti Oksana Puşkina ilə söhbətində onun sualına cavab verərək dedi: “Bilirsiniz, Zərifə xanım, sözün həqiqi mənasında, dostum idi. Mənim yolumda həyatını qurban verməyə hazır idi. Bəli, bəli, məhz dediyim kimi: həyatını qurban verməyə hazır idi...”.

Bununla əlaqədar mən mərhum dövlət xadimi Lidiya Rəsulovadan heyrətamiz hadisə haqda eşitmişəm. Mərkəzi Komitənin birinci katibi başda olmaqla bütün Büro üzvləri Musiqili Komediya Teatrına, Rauf Hacıyevin “Yolayrıcı” operettasının tamaşasında idilər. Fasilə zamanı Lidiya xanım ərini əksər tədbirlərdə müşayiət edən Zərifə xanımla söhbət eləmişdi. Zərifə xanım danışmışdı ki, uşaqlarına baş çəkmək üçün Moskvaya gedib, geri qayıdanda isə Bakıya səfərə gələn SSRİ DTK sədrinin birinci müavini Sviqundan onun təyyarəsində uçmaq dəvəti alıb. Havaya qalxandan az sonra məlum olub ki, təyyarədə texniki nasazlıq var: təkərlər bağlanmır. Gəmi kapitanı ciddi texniki problem barədə məlumat verib. Amma dərhal yerə enmək də mümkün olmayıb. Çünki təyyarənin yerə enəndə partlaması riskinin qarşısını almaq üçün bütün yanacağı sərf etmək lazım imiş. Doğrudur, əvvəl sərnişinlərə heç bir məlumat verməyiblər. Amma onlar da illüminatordan baxanda təyyarənin daim Moskva üzərində dövrə vurduğunu görüblər. Hadisənin davamını Zərifə xanımın özündən dinləyək: “Uçuş zolağına yüksək sürətlə yanğınsöndürən maşınların, təcili yardım karetlərinin gəldiyini görürük. Hər dəqiqə fəlakət baş verə biləcəyini anlayıram. Beynimdə isə yalnız bir fikir dolaşır: bu barədə Heydər Əliyeviçə necə məlumat verəcəklər və dəhşətli xəbəri eşidəndə onun vəziyyəti necə olacaq?” - “Bu hisslərin səmimiliyi məni heyrətə gətirmişdi, - deyə Lidiya xanım xatırlayır. - Həyatı tükdən asılı olan adam öz aqibəti barəsində deyil, ərinin dəhşətli itkiyə necə tab gətirəcəyi haqda düşünür”.

Az qala faciə ilə nəticələnən təyyarə hadisəsi baş verəndə və Zərifə xanım başqa laynerə oturub Bakıya qayıdanda Heydər Əliyeviç böyük bir gül dəstəsi ilə onu qarşılamağa şəxsən aeroporta getmişdi.

Zərifə xanımı vaxtsız ölüm haqladı. Cəmi 62 il yaşadı. Axırıncı 2 ili çox mərd, çox mətin, heç kimə şikayət etmədən ağır xəstəliklə mübarizə aparırdı. Bu barədə kitabımda çoxlu ibrətamiz epizodlar vardır.

Zərifə xanım ölümündən bir gün əvvəl, axşam ərinə bir məktub vermişdi. Məktub bu sözlərlə bitirdi: “Məndən ötrü narahat olma, uşaqlara yaxşı bax və həmişə yadında saxla ki, səni çox sevirəm”.

Sonralar Naxçıvanda Heydər Əliyev jurnalist Xeyrəddin Qocaya ürək yanğısı ilə danışırdı ki, Zərifə xanımın ölümündən bir neçə saat sonra xəstəxana işçiləri ona salfet kağızına bükülmüş sırğa gətiriblər. Bu sırğa Heydər Əliyevin toy hədiyyəsi idi. Zərifə xanım həyatının sonuna qədər onları sehrli talisman kimi saxlamışdı. Bilirsiniz, bu sırğa əhvalatı məni dərindən-dərinə sarsıtdı. Çünki onlar Zərifə xanımın məhəbbətinin gücünü ən poetik və emosional etiraflardan da bariz şəkildə ifadə edirdi... Gəlinləri Mehriban xanım xatırlayır ki, Zərifə xanım vəfat etdiyi gün Heydər Əliyev evə gəlib ağladı: “O, hönkür-hönkür ağlayırdı. Belə hal yalnız bir dəfə olmuşdu və mənzərə çox dəhşətli idi”.

Sevimli həyat yoldaşının vəfatı Heydər Əliyevi çox sarsıtdı. O, öz həyatını onsuz təsəvvür edə bilmirdi. Hər gün qəbri üstünə gedirdi, Bakıya qayıdanda yenə də onsuz qala bilmədi və nəşini Bakıya gətizdirdi.

İndi bir-birini dərin məhəbbətlə sevən bu iki dahi insan bir yerdə uyuyurlar və inanıram ki, haradasa bizim üçün naməlum olan paralel dünyada onların ruhları bir biri ilə əbədi qovuşub.

Bu unikal şəxslərin məhəbbəti haqqında kitab yazdım, lakin onların məhəbbəti kitablarda, kinofilmlərdə, rəsm əsərlərində öz əksini tapmalıdır, əsrlərdə yaşamalıdır, indiki və gələcək nəsillərə örnək olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO