Azərbaycan Dövlət İnformasiya Agentliyi

ZEYNO BARAN: MÜXALİFƏTİN SEÇKİQABAĞI VERDİYİ VƏDLƏR HAKİMİYYƏTİN SİYASİ PLATFORMASINDAN FƏRQLƏNMİR

Azərbaycanda parlament seçkiləri yaxınlaşdıqca, xaricdə ölkədaxili proseslərə diqqət də artır. Demokratiya inkişafında atacağımız növbəti addıma Birləşmiş Ştatların marağı həm rəsmi Vaşinqtonun bəyanatlarından, həm də son günlər nüfuzlu “Vaşinqton Post”, “Vaşinqton Tayms” qəzetlərində seçkiqabağı vəziyyətlə bağlı dərc edilən çoxsaylı məqalələrdən aydın hiss olunur. Bəs görəsən Amerika noyabrın 6-na gedən yolu necə qiymətləndirir? Bu suala cavab tapmaq üçün AZƏRTAC-ın müxbiri Vaşinqtondakı Nikson adına Təhlil Mərkəzində Beynəlxalq təhlükəsizlik və enerji proqramlarının direktoru Zeyno Baranla söhbət etmişdir.

-Zeyno xanım, çoxlarını maraqlandıran sual bundan ibarətdir ki, ABŞ Azərbaycanda Ukrayna və Gürcüstan hadisələrinin təkrarını görmək istəyirmi?

-Bu, çox mühüm sualdır. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanda inqilabi dəyişiklik deyil, tədricən inkişaf görmək istəyirlər. Bu mənada, onlar həm İlham Əliyev hakimiyyəti, həm müxalifət təmsilçiləri, həm də vətəndaş cəmiyyətinin digər üzvləri ilə işini davam etdirərək, noyabrdakı seçkilərin ötən seçkilərə nisbətən daha yaxşı keçməsini görmək istəyirlər. Onlar ümid edirlər ki, seçkilərin nəticəsi Ukrayna və Gürcüstan ssenarisinin Azərbaycanda təkrar olmasına gətirməyəcəkdir. Mən əminəm ki, gələn həftələr ərzində biz ABŞ rəsmilərindən inqilaba üstünlük vermədiklərini bir daha əks etdirən bəyanatlar eşidəcəyik. Bu, ABŞ-ın rəsmi mövqeyidir. Bəlkə də siz ABŞ-da fəaliyyət göstərən və Azərbaycandakı bəzi müxalifət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edən bir sıra qruplardan müxtəlif fikir eşidə bilərsiniz. Amma bu, heç də ABŞ-ın rəsmi mövqeyi kimi qəbul olunmamalıdır.

-Müşahidələrinizə əsaslanaraq, Azərbaycandakı budəfəki seçkilərin ötən seçkilərə nisbətən irəliləyiş olacağını gözləyirsinizmi?

-Məncə, bu seçkilər ötən dəfəki seçkilərdən qat-qat yaxşı olmalıdır. Bunun da iki səbəbi var. Birincisi, Azərbaycanın daxilində ictimayyət bu seçkilərə böyük ümidlər bəsləyir. Həm də beynəlxalq rəy dəyişibdir. Bu, xüsusilə Prezident Corc Buşun ikinci hakimiyyət dövrünün siyasi prioritetləri ilə bağlıdır. Ukrayna və Gürcüstandakı hadisələrin şahidi olduğumuzdan sonra bölgədə demokratiya məsələlərinə diqqət xeyli artıbdır. Əlbəttə, təkcə seçkilər özlüyündə demokratiya göstəricisi deyildir. Amma onun əlamətidir. Seçkilər əsasında dövlətin demokratik inkişafı ölçülür. Mən inanıram ki, Prezident İlham Əliyevin bu ilin may ayındakı Sərəncamı seçkilərin gedişatında çox mühüm rol oynayacaqdır. Təəssüf ki, artıq indidən bu sərəncamın bəzi maddələrinə əməl olunmadığı haqda təndiqi fikirlər səslənir. Məni ən çox narahat edən isə digər məqamdır: bu seçkilərdə biz o qədər beynəlxalq diqqətin, çoxsaylı exit-polların, müşahidəçilərin, dəyərləndiricilərin şahidi olacağıq ki, seçki günündə nəyin baş verdiyini, nəticələrin etibarlı olub-olmayacağını müəyyənləşdirmək çox çətin olacaqdır.

-Siz, Azərbaycanın bir sıra müxalifət liderlərini, onların fəaliyyətini yaxından tanıyırsınız. Seçki ərəfəsində müxalifət nümayəndələrinin verdiyi vədlərlə hakimiyyətin verdiyi vədlər arasında hər hansı fərq görürsünüzmü?

-Siyasi plaftormaya gəldikdə, deməliyəm ki, - özü də bu, yalnız hazırkı seçkilərlə bağlı deyil, əvvələr də müşahidə olunmuşdur, - müxalifət və hakimiyyətin mövqeləri arasında böyük fərq görmürəm. Hər iki tərəf korrupsiyanın kökünü kəsmək, iqtisadi vəziyyəti yaxşılaşdırmaq, Azərbaycanı Avratlantik təsisatlara cəlb etmək, qonşu ölkələrlə sağlam münasibətlər qurmaq istəyir. Əlbəttə, hakimiyyət bu məqsədlərə çatmaq üçün kifayət qədər iş görmədiyinə görə tənqid oluna bilər. Amma, açığı, mən müxalifətin hakimiyyətdən daha yaxşı iş görəcəyini düşünmürəm. Məsələn, Ukraynada inqilab nəticəsində hakimiyyətə gələn qüvvə həddən artıq dinamik, islahat ruhlu olsa da, elə ilk mərhələdə korrupsiya ittihamları üzündən dağıldı. Məsələ bundadır ki, Azərbaycan, Ukrayna, Gürcüstan kimi ölkələrdə mövcud problemlər o qədər ağır, həlli o qədər çətindir ki, onları bir-iki şəxsi dəyişməklə həll etmək mümkün deyildir. Onu da deməliyəm ki, seçkilərə hazırlıq mərhələsində həm müxalifət, həm də hakimiyyət tərəfindən narahtlığa səbəb olan bəyanatlar səslənir. Tərəflər zorakılığa əl atacaqlarmı? Təbii ki, etiraz aksiyaları, mitinqlər hər ölkədə demokratiya göstəricilərindən biridir. Lakin onlar müvafiq icazələrlə, müvafiq formalarda keçirilməlidir. Beləliklə sualınıza qısa cavab versəm, müxalifət və hakimiyyət arasında nə siyasi platformada, nə də seçkilərə hazırlıq prosesində atdığı addımlarda fərq görmürəm.

-Azərbaycandakı parlament seçkiləri ABŞ-Azərbaycan münasibətlərinə nə kimi təsir göstərəcək?

- Seçkiləri qırağa qoysaq, Azərbaycan bölgədə ABŞ üçün çox mühüm dövlətdir, Qara dəniz bölgəsi, müsəlman dünyası və digər çərçivələrdə onun müttəfiqidir. Lakin Amerika azadlıq və demokratiyanın yayılmasını özünə bir nömrəli xarici siyasət məqsədi seçdiyinə görə, son vaxtlar ABŞ hakimiyyəti Azərbaycanla tərəfdaşlığı istədiyi səviyyədə qura bilmir. Bu mənada, çox mühümdür ki, noyabrdakı parlament seçkiləri beyənlxalq standartlara uyğun olsun. Heç kim ideal seçkilər gözləmir. Çünki ənənələri və insanların təfəkkürünü bir gün ərzində dəyişmək qeyri-mümkündür. Lakin əsas beynəlxalq standartlar gözlənilməlidir. Bu isə, öz növbəsində, Dövlət Departamenti, Ağ ev və Pentaqona Azərbaycanla əməkdaşlığı yeni, daha yüksək səviyyəyə qaldırmağa imkan verərdi. Təəssüflə deməliyəm ki, Azərbaycandan qat-qat qeyri-demokratik olan ölkələrin başçıları Ağ evə dəvət olunduğu təqdirdə, Amerika ölkənizi müəyyən məsafədə saxlayır. Bu siyasətin nə qədər ədalətli olduğu başqa bir müsahibənin mövzusudur. Lakin bir daha təkrarlayım ki, noyabrdakı seçkiləriniz Buş hakimiyyətinin Azərbaycanla gələcək münasibətlərini müəyyənləşdirmək baxımından çox əhəmiyyətli olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq