İDMAN
“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Bakı, 22 fevral, AZƏRTAC
“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya “qartallar”ın sıralarına qoşulub. İyirmi iki yaşlı futbolçu mövsümün sonunadək komandamızın formasını geyəcək.
G.Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha əvvəl Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klublarında forma geyib.
Futbolçu həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]