ZİRVƏ TOPLANTISI İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ
İyunun 29-da, Avratlantik Tərəfdaşlıq Şurasının zirvə toplantısı başa çatdıqdan sonra İstanbulun Lütfü Kırdar adına beynəlxalq konfrans və sərgi sarayının “Rumeli B” və “Borsa” salonlarında NATO-nun baş katibi Yaap de Hoop Sxefferin və Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gülün adından dövlət və hökumət başçılarının şərəfinə işgüzar ziyafət verildi.
Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə iştirak edirdi.