ZONQULDAĞDA BURULĞAN NƏTİCƏSİNDƏ 11 ADAM XƏSARƏT ALMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 11-də Türkiyənin Zonquldağ vilayətinin Çaycuma rayonunda güclü külək nəticəsində yaranan burulğan “Selenko” toxuculuq fabrikinin damının bir hissəsini uçurmuşdur. Xoşbəxtlikdən təbii fəlakət nahar fasiləsi zamanı baş vermişdir və o vaxt orada 300 fəhlədən yalnız 11-i olmuşdur. Onlar yüngül xəsarət almışlar.