Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi, dosent İlhamə Kərimova, Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirova və Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Nigar Mehdiyeva “Web of Science” tərəfindən aprel ayı üçün elan olunan vebinarlarda iştirak ediblər.
Vebinarlar “Koronavirus haqqında nə bilirik: elmi məlumat mənbələri”, “Web of Science” məlumat platforması: məzmun, imkanlar və tətbiq”, “Publons və ResearcherID”, “Ədəbiyyatla işləyərkən Endnote imkanları” mövzularındadır.
Vebinarlar iştirakçılara müxtəlif seriyalar üzrə sertifikatlar təqdim edir. Zoologiya İnstitutunun əməkdaşları artıq müvafiq seriyalar üzrə sertifikatlar əldə ediblər.
Rus dilində təşkil olunan vebinarlar aprelin 9-dan başlayıb və aprelin 29-dək davam edəcək.