Rumıniya mətbuatı: Bakıda keçirilən Formula-1 Avropa Qran-Prisi böyük uğurdur

20.06.2016 [19:31]
Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən Formula-1 Avropa Qran-prisini böyük uğur hesab edir. Yazılarda Azərbaycanın tarixində Bakıda ilk dəfə Formula-1 Avropa Qran-prisinin keçirilməsindən bəhs edilir, iştirakçıların müsahibələri, pilotların mübarizə apardığı Bakı trekindən ətraflı bəhs olunur ...

Formula-1 Avropa Qran-prisi Hindistan və Şərqi Asiya ölkələrində maraqla izlənilib

20.06.2016 [19:05]
Azərbaycanın paytaxtı Bakıda keçirilən dünya əhəmiyyətli mötəbər idman yarışı Formula-1 Avropa Qran-prisi Hindistan və Şərqi Asiya ölkələrində də maraqla izlənilib. Koreya Respublikası, Vyetnam, Tailand və Hindistan idmansevərləri avtomobil idman növləri içində ən həyəcanlı yarış hesab olunan ...

Azərbaycan Formula-1 Avropa Qran-prisinin tarixinə özünəməxsus parlaq səhifə yazdı

20.06.2016 [18:50]
Azərbaycan son illər iri miqyaslı tədbirlərə, o cümlədən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunlarının əla təşkili ilə diqqəti bir daha özünə yönəltdi ...

Formula-1 Avropa Qran-prisini 187 ölkədə 500 milyondan çox azarkeş izləyib

20.06.2016 [18:42]
“Küləklər şəhəri” Bakı iyunun 17-19-da sürət, adrenalin və həyəcan yarışı olan Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsinə - Avropa Qran-prisinə ev sahibliyi etdi. Dünyanın ən nüfuzlu idman turnirlərindən olan Formula-1, eyni zamanda, televiziya vasitəsilə ən çox izlənilən yarışlardandır ...

Formula-1 yarışı ilə əlaqədar paytaxtın bağlanmış küçələrinin əksəriyyəti iyunun 21-də açılacaq

20.06.2016 [17:54]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisi ilə əlaqədar bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-də səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq ...

Niko Rosberq: Bakıya məhz buna görə gəlmişəm

20.06.2016 [17:05]
Almaniyalı avtoyürüşçü Niko Rosberq Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisində inamla qalib gəlib. Yeri gəlmişkən, heç bir pilot onunla ciddi rəqabət apara bilməyib. AZƏRTAC xəbər verir ki, Niko Rosberq qələbə təəssüratlarını bölüşərək deyib: ”İnanılmaz gün, inanılmaz “uik –end”! Mən mehriban ...

“Rossiya 24” kanalı Bakıda keçirilən Formula-1 yarışları haqqında VİDEO

20.06.2016 [15:01]
“Rossiya 24” kanalı Bakıda keçirilmiş Formula-1 Avropa Qran-prisinə dair maraqlı reportaj hazırlayıb. Telekanalın müxbiri Pavel Melnikovun reportajında yarışların Bakı mərhələsinin yüksək səviyyədə təşkil edildiyi, şəhər trasının bütün standartlara cavab verdiyi vurğulanıb ...

Formula-1 Avropa Qran-prisi Çinin kütləvi informasiya vasitələrinin diqqətində olub VİDEO

20.06.2016 [14:54]
Çin idmansevərlərinin də böyük maraqla izlədiyi Formula-1 Avropa Qran-prisi Bakıda uğurla təşkil olundu. Bu yarış idman aləminin diqqətini paytaxt Bakıya yönəltməklə Azərbaycanın idman ölkəsi kimi dünyaya bir daha təqdimatı baxımından gözəl fürsət oldu. Bununla yanaşı, Formula-1 yarışı vasitəsilə bütün dünya Şərq və Qərb koloritlərini özündə cəmləşdirən Azərbaycan paytaxtının ənənəvi və müasir ...

Formula-1-in yüksək səviyyədə keçirilməsi Azərbaycanın əsl idman ölkəsi olduğunu bir daha sübut edir VİDEO

20.06.2016 [08:11]
Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışı ABŞ-ın idman kanallarının diqqətindən də kənarda qalmayıb. ABŞ-dakı Azərbaycan icmasının üzvləri Avropa Qran-prisinə məşhur NBC kanalı vasitəsilə baxmaq üçün ölkəmizin Vaşinqtondakı səfirliyində toplaşıblar ...

Birləşmiş Ərəb Əmirliklərinin “Gulf News” qəzetində Formula-1 haqqında məqalə dərc edilib

20.06.2016 [02:13]
Birləşmiş Ərəb Əmirliklərinin “Gulf News” qəzetində Formula-1 Avropa Qran-pri yarışı barədə məqalələr dərc olunub. Azərbaycanın Dubaydakı baş konsulluğunun təşəbbüsü ilə dərc edilmiş məqalələrdə Formula-1 Avropa Qran-prisi haqqında ətraflı məlumat ...

Bakı Formula-1 həyəcanına yüksək səviyyədə ev sahibliyi etdi

20.06.2016 [00:24]
İyunun 19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə yekun vurulub. AZƏRTAC xəbər verir ki, əsas yarışdan əvvəl GP2 pilotları cari ildə sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1-ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini keçiriblər ...

Formula-1 Avropa Qran-prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb

19.06.2016 [22:40]
İyunun 19-da Formula-1 Avropa Qran-prisi başa çatdıqdan sonra “Formula-1 Şəhərciyi”ndə maraqlı əyləncə proqramı keçirilib. AZƏRTAC xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl ...

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə yekun vurulub

19.06.2016 [19:40]
Formula-1 Avropa Qran-prisi “Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. O, 1 dəqiqə 48,942 saniyəlik nəticə ilə birinci olub. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub ...

Formula-1 Avropa Qran-prisi “Mercedes”in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb [YENİLƏNİB] VİDEO

19.06.2016 [18:48]
Formula-1 Avropa Qran-prisi “Mercedes”in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu ”Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub. ...

Pirelli: Gələn il Bakıya “ultrasoft” təkərlər gətirə bilərik

19.06.2016 [16:05]
“Pirelli” şirkətinin yürüş direktoru Mario İzolla jurnalistlərlə görüşündə bildirib ki, bu il Avropa Qran-prisinin gedişində toplanmış məlumatları ətraflı təhlil etmişik. Ətraflı təhlillərdən sonra gələnilki yarışda Bakıya “ultrasoft” şinlərini gətirə bilərik ...

Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib VİDEO

19.06.2016 [16:00]
İyunun 19-da Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə ...

İtaliyalı Antonio Covinatsi GP2 yarışında ikinci qələbəsini qazanıb - YENİLƏNİB

19.06.2016 [15:21]
GP2 seriyasının ikinci yarışı da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb. Birinci yarışda olduğu kimi, bu dəfə də “Prema Racing” komandasının pilotu 1 dəqiqə 56,439 saniyə nəticə ilə qalib gəlib. ...

“El Peruano” qəzeti: “Formula 1 Azərbaycanda”

19.06.2016 [10:01]
Perunun nüfuzlu “El Peruano” qəzetində “Formula 1 Azərbaycanda” sərlövhəli məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən məlumat verilib ...

Məşhur müğənni Enrike İqlesias Bakıda “Formula-1 Şəhərciyi”ndə konsert verib VİDEO

18.06.2016 [22:56]
İyunun 18-də Formula-1 Avropa Qran-prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Formula-1 Şəhərciyi”nə toplaşıblar. AZƏRTAC xəbər verir ki dünyanın ən məşhur canlı musiqi ifaçısı kimi tanınan Enrike İqlesias ...