Valtteri Bottas Fransa rallisinin qalibi olub

09.12.2019 [17:52]
Formula 1 “Mercedes” komandasının finlandiyalı yürüşçüsü Valtteri Bottas Fransada “Pol-Rikar” avtodromunun yaxınlığında keçirilən rallinin qalibi olub. AZƏRTAC xəbər verir ki, finlandiyalı pilot doqquz xüsusi sahədən beşini qazanaraq yekun qələbəyə nail olub. Bu, Valtteri Bottasın ralli karyerasında birinci qələbədir ...

“Mercedes” 2021-ci il üçün pilot heyətini müəyyən etməyə tələsməyəcək

09.12.2019 [17:48]
“Mercedes” komandasının rəhbəri Toto Volf bildirib ki, 2021-ci il üçün pilot heyətini müəyyən edilməsində tələsmə olmayacaq. Onun sözlərinə görə, komandada Luis Hemiltonun qərarını gözləmək niyyətindədirlər və yalnız bundan sonra zərurət yarandığı ...

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen tarixi uğura imza atıb

09.12.2019 [17:30]
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen başa çatmaqda olan 2019-cu il ərzində tarixi uğura imza atıb. AZƏRTAC xəbər verir ki, M.Karlsen keçirdiyi 79 klassik partiyanın heç birində məğlub olmayıb. Bu, onun karyerası ərzində bir ilkdir ...

Hemilton 2019-cu ili karyerasının ən yaxşı mövsümü hesab edir

09.12.2019 [17:28]
“Mercedes” komandasının yürüşçüsü Luis Hemilton 2019-cu il mövsümündə hər zaman olduğundan daha yaxşı çıxış etməyinin səbəbini izah edib. AZƏRTAC xəbər verir ki, britaniyalı pilot yenicə başa çatan mövsümdə keçirilən 21 yürüşdə 11 qələbə ...

Şəhriyar Məmmədyarov “Grand Prix 2019” seriyasının sonuncu mərhələsində mübarizə aparacaq

09.12.2019 [16:33]
Dekabrın 10-dan 24-dək İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi keçiriləcək. AZƏRTAC xəbər verir ki, ölkəmizi bu turnirdə iddiaçılar turnirinə vəsiqə qazanmaq uğrunda yaxşı şansları ...

İdman jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub

09.12.2019 [16:21]
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman jurnalistikası magistr proqramının tələbələrinin Böyük Britaniyaya növbəti səfəri uğurla başa çatıb. Akademiyadan AZƏRTAC-a bildiriblər ki, təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində İngiltərənin London ...

Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir

09.12.2019 [16:20]
Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Hədbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın 7-ci turunun oyunları keçirilib. “ABU Arena”nın meydançasına əvvəlcə “Təhsil” və “Məhsul” komandaları çıxıblar ...

WADA Rusiyanı Olimpiada və dünya çempionatlarında iştirak hüququndan məhrum edib

09.12.2019 [16:13]
Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi qurumun müvafiqlik komitəsinin Rusiya Antidopinq Agentliyinin (RUSADA) Dünya Antidopinq Kodeksinə müvafiqliyi statusundan məhrum edilməsi tövsiyəsini yekdilliklə qəbul edib. Bu barədə məlumatı WADA-nın mətbuat xidməti yayıb ...

Spartakiada çərçivəsində stolüstü tennis yarışları keçirilib

09.12.2019 [16:05]
Orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika spartakiadası çərçivəsində qızlar arasında stolüstü tennis yarışları keçirilib. AZƏRTAC xəbər verir ki, yekun nəticələrə görə ən yüksək nəticəni Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri göstəriblər ...

Azərbaycan hakimi Fuad Ağayev CEV tərəfindən yeni təyinat alıb

09.12.2019 [16:00]
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. AZƏRTAC xəbər verir ki, həmyerlimiz Çağırış kuboku yarışlarında mübarizə aparan Türkiyənin ...

Sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

09.12.2019 [15:49]
Abşeron Olimpiya İdman Kompleksində keçirilən sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, ölkə birinciliyində 15-ə yaxın regiondan 150-yə yaxın idmançı iştirak edib. Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayıblar ...

Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisi üçün suvenir müsabiqəsi keçirilir

09.12.2019 [15:44]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) fəaliyyətinin beş illiyi münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisinə dair müsabiqə keçirir. Müsabiqəni keçirməkdə məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul ...

Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib

09.12.2019 [15:22]
Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, fevralın 15-16-da baş tutacaq turnir ...

“Sabah”ın təcrübə proqramının təqdimatı olub

09.12.2019 [14:35]
“Sabah” futbol klubunun təcrübə proqramı ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimat keçirilib. AZƏRTAC kluba istinadla xəbər verir ki, “Sabah” Futbol Akademiyasının koordinatoru Adino Mustedanaqiç ...

Kriştianu Ronaldunun oğlu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib

09.12.2019 [14:23]
“Yuventus”un hücumçusu Kriştianu Ronaldunun oğlu Turin klubunun 9 yaşadək futbolçulardan ibarət komandasının heyətində iştirakçısı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib. AZƏRTAC xəbər verir ki, 9 yaşlı kiçik Ronaldunun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub ...

Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar

09.12.2019 [14:19]
Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib. AZƏRTAC xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı ...

Futzal üzrə millimizin oyunlarının başlama vaxtı açıqlanıb

09.12.2019 [13:57]
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb. AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki ...