Azərbaycan Dövlət İnformasiya Agentliyi

1001-ci Qran-Pri: Bakıda Formula 1 həyəcanı davam edir

1001-ci Qran-Pri: Bakıda Formula 1 həyəcanı davam edir

Bakı, 27 aprel, AZƏRTAC

Bakıda Formula 1 həyəcanı davam edir. Azərbaycan idmanın bu növü üzrə dünya çempionatının dördüncü mərhələsinə - Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, Formula 1 təqvimində özünəməxsus yeri olan bu Qran-Pri həmişə avtoidman həvəskarlarının ən sevdiyi mərhələlərdən biri kimi yadda qalır. Bunu ölkəmizə gələn turistlərin sayından və istər idmançıların, istərsə də azarkeşlərin fikirlərindən də bilmək olur.

Aprelin 27-də yarış həftəsonunun ikinci günündə Formula 1-in üçüncü sərbəst yürüş və sıralanma turu təşkil olunacaq. Üçüncü sərbəst yürüş saat 14:00-da, sıralama yürüşü isə saat 17:00-da başlayacaq. Günə DJ Mendozanın, Rilayanın və Cessi Ceyin konsertləri ilə yekun vurulacaq.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu günündə - aprelin 28-də saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotlarının avtoqraf sessiyaları olacaq. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış start götürəcək.

Bundan sonra ən həyəcanlı anlar başlayacaq. Belə ki, saat 14:30-dan 15:00-dək açılış mərasimi və pilotların paradı təşkil olunacaq.

Dövlət himninin səsləndirilməsindən sonra - saat 16:10-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vuracaqlar. Trekin möhtəşəmliyi ilə digər yarışlardan fərqlənən Bakı şəhər halqasında pilotların gərgin idman mübarizəsi nəticəsində dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.

Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına unudulmaz anlar bəxş edəcəklər. Səhər saatlarınadək davam edəcək DJ-lərin konsert proqramında isə əsl bayram ab-havası yaşanacaq.

Ötən üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla “Mercedes”in pilotu Valtteri Bottaş liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar. Cari çempionatın geridə qalan üç mərhələsində “Mercedes” komandasının pilotlarının inamlı çıxışı onların Bakıdakı yarışda da uğurla çıxış edəcəkləri ehtimalını gücləndirir.

Üç Qran-Prinin yekununda Konstruktorların yarışında “Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.

Qeyd edək ki, builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.

Xatırladaq ki, 1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə “Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış “Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında “McLaren”in sürücüsü Niki Lauda birinci olub. Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini “Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda “Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın “İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə “Jordan” komandasından Cankarlo Fizikella olub. “Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO