MƏDƏNİYYƏT
“Cırtdan və dostları” tamaşası uşaqlara təqdim edilib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cırtdan və dostları” adlı nağıl-tamaşa göstərilib.
Səhnə əsəri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə teatrın foyesində dünya xalqlarının nağıllarından ibarət kitab sərgisi və istedadlı uşaqların müxtəlif dünya xalqlarının nağıllarına çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş olunub.
Göstərilən nağıl-tamaşanın əsas məqsədi uşaqların ədəbiyyata, folklorumuza, nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.
Nağıl-tamaşa uşaqların marağına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]