Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14,8 faiz artıb
Bakı, 7 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, indiyədək ölkə ərazisində 116 min 55 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,9 milyon manat, yaxud 14,8 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:10]
Neftin qiyməti 120 dollara yüksələ bilər - PROQNOZ
- 07.09.2026 [12:57]
® Neft işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit
- 07.09.2026 [11:35]
Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq
- 07.09.2026 [11:25]
Səkkiz ayda dövlət büdcəsindən 224 milyon manat geri qaytarılıb
- 07.09.2026 [11:12]