Azərbaycanın sərbəst güləşçiləri U-23 dünya çempionatına Bakıda hazırlaşırlar
Bakı, 7 sentyabr, AZƏRTAC
Sərbəst güləş milli komanda bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.
AGF-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 19-dək davam edəcək hazırlıq prosesində məşqçilər Taymuraz Kokoyev və Arif Abdullayevin rəhbərliyi altında Muhəmməd İsmayılov, Hüseyn Rzazadə, İbrahim Həsənov (hamısı 57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Musa Ağayev, Hüseyn Hüseynov, Ayxan Abdullazadə (hamısı 65 kiloqram), Ramik Heybətov, Hacı Kərimov (hər ikisi 70 kiloqram), Ağanəzər Novruzov, Nihad Abbasov (hər ikisi 74 kiloqram), Elcan İsmayılzadə, Elxan Qarayev (hər ikisi 79 kiloqram), Səbuhi Əmiraslanov (86 kiloqram), Təbriz Bayramov, Anar Cəfərli (hər ikisi 92 kiloqram), Səid Paşayev, Zəfər Əliyev (hər ikisi 97 kiloqram), Xetaq Karsanov, Muxamad Qantemirov və Yusif Dursunov (hamısı 125 kiloqram) iştirak edirlər.
Qeyd edək ki, toplanış oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatına hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [15:09]
Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim-məşq toplanışına qatılıblar
- 07.09.2026 [13:32]
Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıdıblar
- 07.09.2026 [13:08]
Messi MLS-də unikal rekorda imza atıb
- 07.09.2026 [12:41]
Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
- 07.09.2026 [12:02]
Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək
- 07.09.2026 [11:56]