İbrahim Qəfərov: Şəhidlərin xatirəsi tarixi irsə zərər vurulmadan yaşadılmalıdır
Bakı, 7 sentyabr, AZƏRTAC
Turisti tarixi şəhərə cəlb edən əsas amillərdən biri onun orijinallığı və autentikliyidir. İnsanlar Şuşaya səfər edərkən burada kor-təbii yazıları deyil, əsrlərin izlərini görmək istəyirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert İbrahim Qəfərov söyləyib.
O bildirib ki, Şuşanın dəyəri yalnız tarixi binaları ilə məhdudlaşmır. Şəhərin qayaları, daşları, küçələri və təbiət mənzərələri də onun tarixinin canlı parçalarıdır. Bu təbii və tarixi irsə zərər vurmaq, əslində, Şuşanın özünə zərər vurmaq deməkdir.
İbrahim Qəfərovun sözlərinə görə, şəhidlərin adlarının qayalara və tarixi daşların üzərinə yazılması onların xatirəsinin əbədiləşdirilməsi üçün doğru üsul deyil. Şəhidlərin əziz xatirəsini yaşadarkən onların uğrunda canlarından keçdikləri tarixi və təbii irsə zərər vurulmamalıdır.
Müxbir – Günel Alıyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəffin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]
Vətən müharibəsi qazisi: Şuşanın hər daşı tariximizin bir parçasıdır
- 06.09.2026 [18:56]