BCAW2026: Metan emissiyalarının azaldılmasının sürətləndirilməsinə dair sessiya başlayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində üçüncü sessiya öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" mövzusundakı sessiyada operatorların getdikcə daha təkmilləşən metan müşahidələrini təsdiqlənmiş, vaxtında həyata keçirilən və genişmiqyasda tətbiq oluna bilən emissiya azalmalarına necə çevirə biləcəkləri müzakirə ediləcək.
Müzakirə peyk məlumatlarını, havadan aparılan müşahidələri və yerüstü ölçmələri əməliyyat qərarlarının qəbulu, təmir işlərinin prioritetləşdirilməsi və emissiyalar barədə şəffaf hesabatlılıqla əlaqələndirəcək.
Müxbirlər - Günel Türksoy, Nərmin Muradzadə, Göyçək Mahmudlu
Fotoqraflar - Tofiq Babayev, Azər İbrahimov
Operator- Mirrəsul Cəfərov