Güclü külək Gəncədə ağacı aşırıb VİDEO
Gəncə, 7 sentyabr, AZƏRTAC
Gəncədə günorta saatlarında güclü külək nəticəsində ağac aşıb.
AZƏRTAC-ın bölgə mübxbiri xəbər verir ki, hadisə şəhərdə yerləşən Fikrət Əmirov adına parkda qeydə alınıb. Güclü külək park ərazisindəki irigövdəli ağaclardan birini aşırıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Müxbir - Elcan Məmmədov