Kabardin-Balkarda qar uçqunundan sonra altı alpinistin axtarışları davam etdirilir
Moskva, 7 sentyabr, AZƏRTAC
Kabardin-Balkarın Bezengi dərəsində qar uçqunundan sonra taleyi naməlum qalan altı alpinistin axtarışları davam etdirilir.
AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işlərinə 56 nəfər cəlb olunub. Ərazinin keçilməsi çətin olan relyefi və uçqun təhlükəsinin hələ də qalması axtarışları çətinləşdirir. Hava şəraiti yaxşılaşacağı təqdirdə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterindən və kommersiya helikopterindən istifadə edilməsi planlaşdırılır.
Sentyabrın 6-da Mijirgi dağında baş vermiş qar uçqunu marşrut üzrə hərəkət edən alpinistlər qrupunu qar altında qoyub. Məlumatlara görə, qrup 33 nəfərdən ibarət olub. Onlardan 10 nəfər müstəqil şəkildə aşağı enib, altı nəfər xəsarət alaraq tibb müəssisələrinə çatdırılıb, 11 nəfər həlak olub.
Kabardin-Balkariya Prokurorluğu baş vermiş hadisə ilə bağlı araşdırma aparır. İstintaq orqanları səhlənkarlıq faktı üzrə cinayət işi açıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:50]
Türkiyədə sahəsi 100 kvadratmetrdən çox olan qədim mozaika aşkarlanıb
- 07.09.2026 [13:42]
Britaniya hökuməti Portsmutdakı miqrant əleyhinə etirazları pisləyib
- 07.09.2026 [13:32]
Gürcüstanın beynəlxalq ehtiyatları 8,14 milyard dollara yüksəlib
- 07.09.2026 [13:17]
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir
- 07.09.2026 [13:14]
Macarıstanda ağcaqanadlar təhlükəli Qərbi Nil virusunu yayır
- 07.09.2026 [13:12]